Səhər yeyilməsi məsləhət olmayan qidalar
İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır. Diyetoloqların fikrincə, səhərlər acqarına yeyilməsi qadağan olunan məhsulların “qara siyahısı” mövcuddur. Belə ki, mütəxəssislər səhər tezdən banan və yoqurtun yeyilməsini qadağan edirlər. Bananla bağlı əsas problem onun tərkibində çoxlu maqneziumun olmasıdır. Ona görə də səhərlər banan yemək vərdişi orqanizmdə kalsium-maqnezium balansının pozulmasına gətirib çıxarır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yoqurt isə mədəyə düşərkən öz faydalı xüsusiyyətlərini qismən itirir. Buna görə də onu səhər yeməyindən 2 saat sonra və ya yuxudan qabaq yemək daha yaxşıdır.

Bu mənada portağalın acqarına yeyilməsi də o qədər yaxşı deyil. Çünki bu zaman qastrit və allergik reaksiya riski artır. Xurma və pomidor isə “qara siyahı”ya tərkiblərində olan pektin və mədə daşlarının yaranmasına şərait yaradan aşılayıcı turşunun olması səbəbindən düşüb.

Siyahıda habelə sarımsaq, konservləşdirilmiş və hisə verilmiş məhsullar da var.

Həkimlər mədə qişasını qıcıqlandırmamaq üçün xiyar, bibər və kələm kimi çiy tərəvəzlərdən imtina etməyi tövsiyə edirlər. Xüsusilə həzm sistemində problem olan adamların buna riayət etmələri daha vacibdir.

Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün əsl gözlənilməzlik olur. Belə ki, mədəaltı vəzi sadəcə olaraq lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gəlmir. Nəticədə qanda şəkərin miqdarı anomal səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.

Əvvəlki məqaləSaç tökülməsi nə zaman diqqətə alınmalıdır?
Növbəti məqalədəBədənin möhkəmləndirilməsi üsulları