Saç baxımının qaydaları

 
Heç bir qadın kəpəkli, ucları qırılmış, yağlanmış bir saça sahib olmaq istəməz. Etməniz lazım olan saçlarınızı sizə bir yük olmaqdan çıxardıb gözəlliyinizin bir parçası halına gətirməkdir. Yaxşı necə ? Budur, saç baxımında qulağa sırğa olacaq təkliflər…
 
 
1. Şampunun təsirini və ümumi saç təmizliyini artırmaq üçün daraqlarınızı tez-tez sabun və isti suyla təmizləməyi unutmayın. Hətta saçlarınızı yumadan əvvəl saçınızı çirk və tozdan təmizləmək üçün daraya bilərsiniz . Beləliklə istifadə etdiyiniz  şampun daha təsirli olar.
 
 
2. Şampundan sonra saç kremi istifadə edirsinizsə, saç dərisinə təmas etmədən, yalnız saç uclarında kremi tətbiq etmək çox əhəmiyyətlidir.
 
3. Saçlarınızda quruluq problemi yaşayırsınızsa nəmləndirici şampun və krem istifadə etməyə laqeyd yanaşmayın. Yuduqdan sonra isə saçların suyunu dəsmalla alıb silikon əsaslı parlaqlıq verici serum istifadə edə bilərsiniz.
 
 
4. Saçlarınız boyalıdırsa, baxım maskaları sizin üçün idealdır… Saçınıza nəm verən bu baxım maskaları ilə quruluq və köhnəlmə problemi də ortadan qalxa bilər.
 
5. Saç tellərinin qurumasını istəmirsinizsə,  saçlarınızı sabunla yumayın. 
 
6. Saçlarınız düz bir quruluşa sahibsə digər saç tiplərinə görə daha tez yağlanır. Bunun qarşısını almaq üçün şampunun yanında həftədə bir dəfə yağlanmanın qarşısını alan gel istifadə edə bilərsiniz.
 
 
7. Kəpəyin qarşısını almaq üçün sarımsaq və kəklik istifadə edin. Hətta bunların təbii tabletlərini də içə bilərsiniz. Kəpəkdən qorunmaq üçün bal istifadə etmək də yaxşı bir çıxış yoludur. Bunun üçün 1/4 stəkan isti suda 1 qaşıq balı əritdikdən sonra barmaqlarınızla saç diblərinə massaj edərək bu qarışığı saçlarınıza tətbiq edə bilərsiniz.
 
8. Saçlarınız quruykən həcmli görünməsini təmin etmək üçün saçlarınızı önə doğru əyərək daramaq yaxşı bir həlldir. Beləliklə, daha havalı bir görünüş əldə edə bilərsiniz.
 
9. Saçın əsas maddəsi keratindir. Saçlarınızı bəsləmək, eyni zamanda sağlam və parlaq saçlara sahib olmaq istəyirsinizsə doğru və balanslı qidalanma proqramına riayət etməlisiniz.
 
10. Buruq saçlar quru olduqları üçün ümumiyyətlə cansız və sönük görünür. Bu səbəblə ən doğru hərəkət şampun tətbiqindən sonra ediləcək bir baxımdır. Sirkəli suyla yaxalama edərək saça canlılığı yenidən qazandırıla bilər. Bunun xaricində şəkilləndirmə məhsulları da qırıqları düzəldərək saça canlılıq qazandırar.
 
11. Saçınızı çox daramamağa diqqət edin. Yalnız lazım olduğunda şəkil vermək üçün daraya bilərsiniz. Keyfiyyətli bir daraq və ya fırça istifadə etməyə də laqeyd yanaşmayın; iti metal, ya da plastik uclar saç uclarının qırılmasına səbəb olar.
 
12. İncə telli saçların ən böyük problemi düyün düşməsi, asan qarışmasıdır. Bunun üçün saç kreminizi bir az su ilə qarışdırıb saç uclarınıza sürtməniz və suyu alınmış saçlarınızı tam qurumadan daramağınız lazımdır.
 
13. Kəpək çoxumuzun qorxulu yuxusudur. Qidalanmanın kəpək üzərində böyük təsiri vardır. Kəpəyin formalaşmasına imkan verəcək faydasız karbohidrat və yağ turşularına qarşı bol – bol B vitamini qəbul etməyi unutmayın…
 

 

Əvvəlki məqaləVitaminlər haqqında bilmədiklərimiz
Növbəti məqalədəQripdən qorunmanın ən asan yolu