Qripdən qorunmanın ən asan yoluQripdən qorunmanın ən asan yoluHəm qış, həm də yay aylarında nizamlı bir qidalanma proqramı üçün: ət, süd, tərəvəz, meyvə və taxıllardan ibarət qida qruplarının balanslı bir şəkildə alınması lazımdır. Xüsusilə təzə tərəvəz və meyvələr soyuq havalarda da sağlam qalmaq istəyənlərin köməyinə çatır.

“Memorial Ataşehir Xəstəxanası”  Qidalanma və Dieta Hissəsindən Dr. Şefika Aydın Səlcuq, qripdən qorunmaq üçün qidalanmanın necə olması lazım olduğunu belə izah edir

 İnfeksiyaya qarşı bol balıq, süd və yumurta…

Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl tərəvəz və meyvələrdə olan A vitamini güclü bir antioksidantdır. Bu qidaların müəyyən ölçülərdə istehlakı xəstəliklərdən qorunmada əhəmiyyətli rol oynayar.

 

C VİTAMİNİ xilaskarımdır

C vitamini bədəndən zərərli maddələrin atılmasını təmin edir, immunitet sistemini gücləndirir. Yaşıl bibər, cəfəri, kərə yağı, vəzəri,  gül kələm, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalar bol miqdarda C vitamini ehtiva edir. C vitamini itkisinin qarşısını almaq üçün, salatlar da meyvə suları kimi istehlak edilmədən dərhal əvvəl hazırlanmalıdır.

Bal enerji verməsinin xaricində, kontinental iqlimə sahib və gün ərzində istilik fərqinin çox olduğu bölgələrdə soyuğa və soyuq dəyməyə qarşı, ağız, boğaz və bronxlardakı narahatlıqlarda və infeksiyalarda təbii bir dərman olaraq istifadə edilməkdədir. Bu xüsusiyyətlər balın antimikrob təsirindən əlavə, baldakı fruktozun toxuma və əzələləri yumşaldıcı və boşaldıcı xüsusiyyətindən qaynaqlanmaqdadır. Balın yaraları və infeksiyaları yaxşılaşmasını təmin etmək üçün istifadəsi təklif edilmişdir.

Kivi dünyada sıx olaraq istehlak edilən 26 meyvə içərisində qida maddəsi cəhətdən ən zəngin meyvədir. Kivi meyvəsinin 100 qramında orta 100-400 mg. C vitamini vardır. Xüsusilə maqnezium tərkibi baxımından da ən zəngin, yüksək kalium miqdarı və aşağı natrium ilə yenə meyvələr içərisində ön sıralarda yer alır.. E vitamini, mis, fosfor , B2 vitamini və A vitamini baxımından da yaxşı bir tərkibə malikdir. Kivi, karotenoid (beta karoten, lutein və ksantofil), fenol birləşmələri ( flavanoidlər və antoksidantlar ) də olduqca əhəmiyyətli meyvələrdəndir.

Xüsusilə itburnu , cökə , moruq , böyürtkən seçim ediləcək antioksidanca zəngin olanlarıdır . Soyuq havalarda limonla zənginləşdirərək özünüzə təbii bitki çayları hazırlaya bilərsiniz.

Qripdən qorunmanın ən asan yolu

Əvvəlki məqaləSaç baxımının qaydaları
Növbəti məqalədəAğlayan körpəni sakitləşdirmənin yolları