Toyuq
suyu şorba və çay:
İsti qəbul edilən içkilər sayəsində yemək borusundan istilik nəfəs borusuna keçər,
oradakı yapışqanlı selik və öskürəyin yüngülləşməsinə səbəb olar.

Maye qəbulu: Xüsusilə
xəstəlik halında qəbul edilən mayenin artırılması, tünd və yapışqan olan seliyin (bəlğəm,
axıntı) daha yumşaq və az olmasını təmin edər, xəstəliyin irəliləməsinin
qarşısını almağa köməkçi olar və şikayətləri rahatlaşdırar. Hər cür maye içə bilər,
ancaq kofein və spirt istifadəsi mütləq azaldılmalıdır.

Mühitin
havasını nəmləndirmək:
Evinizdəki
nəm nisbətini yüzdə 50-60 arasında saxlamalısınız. Bunun üçün soyuq – isti buxar
maşınları istifadə edə bilərsiniz.

 

Buxar
duşu:
Bunu etmək
üçün duş istifadə edə və ya burnunuza isti kompres tətbiq edə bilərsiniz.

 

Saf
vazelin:
Burnunuzun
üzərinə və önünə sürtün. Bu qıcıqlanmış dərinizi sakitləşdirər, rahatlaşdırar, pisləşməsinin qarşısını alar.

Duzlu
su ilə qarqara: Boğaz ağrınızı rahatlaşdırar.

 

İstirahət: qızdırmalı
və ağır bir qrip keçirirsinizsə istirahət mütləqdir.

 

Alternativ
müalicələr:
C
vitamini, “Ekinezya çiçəyi”, sink, “Beta glukan” kimi dəstəkləyici müalicələr üçün həkiminizdən məsləhət alın.

Balanslı qidalanma

 

Dərman: Başlanğıcda
yüngül şikayətlər olduqda, şikayətlərə istiqamətli, antibiotiklərdən başqa, qrip dərmanları, burun açıcı, antihistaminlər almaq rahatlaşdırıcı ola bilər.

Əvvəlki məqaləMasajla yorğunluğunuzu aradan qaldırın
Növbəti məqalədəQrip olan ana körpəsini əmizdirə bilərmi?