Əmizdirən analar, qrip olduqlarında əmizdirməyə ara verməlidirmi? 
AzadQadın.az bu problemin cavabını verərək, qrip olan anaların əmizdirmə qaydalarına mütləq diqqət yetirmələrinin  lazım olduğunun vurğuladı.
“Əmizdirmədə olan miflər” çox şeydə olduğu  kimi, qriplə xəstələnəndə  də anaları narahat edir. Körpəsini əmizdirən bir ana qrip və ya soyuq dəyməsi olduğunda dərhal  səhv inanclara qapılır və “südümdən körpəmə də keçər” düşüncəsiylə əmizdirməyə ara verir. Əslində o dövrdə südünün körpəsi üçün bir şans olduğunu bilmir. 
 Qrip olduğunda ananın əmizdirməyi kəsməsi  qətiliklə səhv bir hərəkətdir.
Qrip olduğunda ananın südü körpəsinə necə təsir edir?
Xalq arasında məşhur inanışın əksinə qrip olan ananın südünün körpəsi üçün “tam bir qoruyucu dərman”dır. Buna görə də  ana südünü heç bir şəkildə kəsməməli… Çünki ana südü ilə körpəyə təbii immunitet ötürülür və  tərkibində  qripə qarşı anticisimlər olduğundan  körpəni qoruyur. O dövrdə xəstə olmasına daha da maneə törədir əslində. Bilinənin əksinə ana südü o dövrdə körpəsi üçün qoruyucu dərman vəzifəsi görür.
Ana südü immunitet sistemini qüvvətləndirir.
Ana südü elə bir möcüzədir ki, körpənin immunitet sistemini qüvvətləndirir,  zehni və fiziki inkişafında son dərəcə əhəmiyyətli rol oynayır.  Payız və qış aylarında uşaqlarda tez-tez rast gəlinən orta qulaq iltihablarına qarşı da ana südünün faydalı olduğu  sübut edilmişdir. Körpələri ilk 6 ay boyunca mütləq yalnız ana südü ilə bəsləmək lazım olduğu, mümkünsə 2-3 yaşına qədər ana südü verilməsinin faydalı olduğu məsləhət görülür. 
Qrip olan analar necə əmizdirməli?
Əmizdirən ananın hər vaxt əllərini yaxşıca yuması lazımdır, amma asqıraq, öskürək, burun axıntısı, burun tutulması, göz yanması, halsızlıq kimi vəziyyətlərdə, yəni qrip və ya soyuqdəymə ananın qapısını döydüyündə  daha çox  diqqətli olmalıdır. Nəfəsinin birbaşa  körpəyə çatmasından qətiliklə çəkinməlidir. Evin havasını  tez-tez dəyişməlidir,  çünki mikroblar hava-damla yoluyla asanca yoluxur. Döş ucunun və paltarının təmiz olmasına diqqət yetirməlidir. Evə gələn qonaqların ardından da otaq mütləq havalandırılmalıdır. Hökmən maska istifadə edilməlidir. Maskanı hər 20 dəqiqə, ya da yarım saatdan bir dəyişdirmək lazımdır. Maskaya toxunduqdan sonra əllər çox yaxşı yuyulmalıdır. 
Əmizdirən anaların  xəstələnməməsi üçün görülən tədbirlər.
Əmizdirən analar xəstələnməmək üçün qidalanmaya çox diqqət yetirməli, nizamlı, balanslı və sağlam qidalanmalı, bol maye qəbul etməlidirlər.  Bütün infeksiyalarda bol su içmək bədənin mübarizəsi baxımından əhəmiyyətlidir. Südü artırmada da əsas rol oynayan maye,  anada soyuqdəymə və ya qrip olduğunda burun kanallarını açıq saxlayır, infeksiyalara qarşı müqaviməti təmin edir. Əmizdirən ana xəstə olmağı gözləmədən, əvvəlində də C vitamini ilə zəngin  qidalar qəbul edərək özlərini qorumağı bacarmalıdırlar. Həftədə 2 dəfə Omeqa-3 yağ turşuların zəngin olduğu  balıq məhsulları  qəbul etmək də qriplə mübarizədə əhəmiyyətlidir.
Əvvəlki məqaləQripi tez sağaltmanın yolları
Növbəti məqalədəHamilə qala bilməmənizin səbəbləri nələr ola bilər?