Qışda maskaların düzgün istifadə qaydaları açıqlanıbQış fəslində birdəfəlik tibbi və təkrar istifadə oluna bilən maskalar, eləcə də respiratorlar istifadəyə uyğundur. Bununla belə, onlar isti mövsümdə olduğundan daha tez-tez dəyişdirilməlidir.
“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli həkim-terapevt, toksikoloq Aleksey Vodovozov qışda maskaların düzgün istifadə qaydaları barədə danışarkən bildirib.
Onun sözlərinə görə, maska ​​qardan islanıbsa, orada kondensant toplanıbsa, tibbi və ya təkrar istifadəyə yararlılığından asılı olmayaraq dəyişdirilməlidir.
“Qışda bu daha da aktuallaşır: bizim verdiyimiz nəfəs ətraf mühitdən daha isti olur, nəticədə maskanın üzərində buz və özünəməxsus sırsıra əmələ gələ bilər. Bu halda o, daha tez-tez dəyişdirilməlidir”, – deyə Vodovozov vurğulayıb.Sonxeber.az

Əvvəlki məqaləOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqlar – SİYAHI
Növbəti məqalədəPayızda doğulan uşaqlarla bağlı bədbin göstərici