Qısa saç modelinin əhəmiyyəti
Məlumata görə qısa saç modelləri saçları zədələrə qarşı qoruyur. Bundan
əlavə saçın şampunla təmas müddətini qısaldaraq daha yaxşı durulmasını
təmin edir.
Yay aylarında dəniz suyu və hovuzda çimənlərdə
ultrabənövşəyi şüalar saç tellərini zədələdiyindən saçların tökülməsi
kimi hallar baş verə bilər.
Bu baxımdan saçları ola biləcək zədələrə
qarşı qorumaq və saç diblərini sağlam tutmaq üçün yay aylarında qısa
saç modellərinə üstünlük vermək lazımdır.
Dəri və zöhrəvi xəstəliklər
sahasində fəaliyyət göstərdiyi bildirilən dos. Mustafa Özdəmirin
sözlərindən aydın olur ki, canlı və möhkəm saçlar üçün əlavə olaraq
saçların qurudulmasına diqqət yetirilməlidir. Onun sözlərinə görə
saçların təbii üsullarla qurudulması vacibdir. Çünki, saç qurutma
maşınlarının maqnit və termal təsirləri ola bilər. Məhz, sağlamlıq
baxımından saçları dəsmal ilə qurulamaq məsləhətdir. Bundan əlavə saç
köklərinə uyğun şampun istifadəsi saç sağlamlığı üçün əhəmiyyətli hesab
olunur. Məlumatda oda bildirilir ki, xüsusilə yay mövsümündə tərkibi
biotin, sink, lesitin, metionin kimi vitamin və amin turşusundan ibarət
olan şampunlardan istifadə etmək effektlidir. Bunlar saçların
zədələnməsinin və köhnəlməsinin qarşısını alır.
Saç sağlamlığı üçün qulluq kremləri də lazımdır. Bu daha çox vaxtını dənizdə və hovuzda keçirənlər üçündür.

Əvvəlki məqaləDişlərinizin bəyazlığını özünüz qoruyun
Növbəti məqalədəDieta saxlayarkən nələrə diqqət etməli