Dieta saxlayarkən nələrə diqqət etməli

Artıq kilolardan
xilas olmanın yolları,necə arıqlayım?.Tez arıqlamağın yolları.

 

1.Niyə  ara yemək  yeyilməlidir?

 

Araşdırmalara görə 3 ana və 3 ara yemək olacaq şəkildə gündə 6 dəfə yeməyi prinsip
halına gətirmək,kilo kontrolu və sağlamlıq üçün olduqca vacibdir.3 saatdan çox
ac qalmaq olmaz.Çünki uzun müddət ac qalmaq metabolizmanı yavaşladır. 
Ana yeməklərin (yəni
səhər yeməyi,nahar və şam yeməyi) ara

 

yeməklərlə (qəlyanaltı) dəstəklənməsi, metobolizmanı artırır, beləliklə kilo vermə sürəti və qan şəkərini də normada saxlayır.Bu da tez doymanıza  səbəb olacaq. Belə etsəniz növbəti yemək vaxtında daha az
acacaq və təbii ki, az yeyəcəksiniz
.

 


Dieta saxlayarkən nələrə diqqət etməli

2.Kilo vermək
üçün  dərman maddələri istifadə etmək
doğrudurmu?

Hər bir şey üçün bunu söyləmək  yanlış olardı.Hər bir dərman həbləri  mütləq həkim kontrolunda  alınmalıdır.Bu həblər morbit obez olaraq
adlandırılan Bədən Kütlə İndeksi 3039,9 arasında və ya 40 yaş və ya daha  çox yaşda olan birinə uyğun diyeta müalicəsi  ilə yanaşı olaraq endokrinoloqun nəzarətində
verilə bilər.Burda genetik  vəziyyət əhəmiyyət
daşıyır.Bütün analizlər edilir,xəstənin yaşına,başqa xəstəliklərinin
olub-olmadığına baxılır.Çünki bu həblərin  əks təsirləri
çoxdur.  Köklüyün  sağlamlığa zərər vuran səbəbləri
araşdırılmadan ,artıq kiloların miqdarı qiymətləndirilmədən,istəyə bağlı  arıqlamaq istədikdə dərman istifadə etmək məsləhət
deyil.

Dieta saxlayarkən nələrə diqqət etməli

3.Artıq çəkidən həmişəlik
xilas olmaq mümkündürmü?

Bəzi insanlar artıq kilolarını qısa müddətdə atmağı planlayırsa bu kilolardan
birdəfəlik,qalıcı olaraq qurtarmaq mümkün deyil,çünki qısa müddətdə arıqlamaq ilk vaxtlar üz güldürən olsa
da gedən su və əzələ itkisidir.Çox aşağı kalorili diyetaların: baş ağrısı, görmə
pozğunluğu,əsəbilik,yorğunluq,ürək bulanma,qəbzlik,safra və böyrək daşı,qan təzyiqinin
aşağı düşməsi,aybaşı pozğunluqları,quru dəri,saç tökülməsi ,metabolism sürətində
azalma  kimi yan təsirləri olduğunu unutmamalıdır.Qalıcı
olaraq kilo vermək təbii ki,mümkündür.Sabit və sağlam  bir dieta,davamlı idman və yaşam tərzində dəyişiklik
qalıcı kilo vermənin qızıl
açarıdır.Ciddi
kilo problem olan insanlar üçün dieta saxlamaq bir müddət sonra   bezdirici bir hala gələ bilər.Bunun
üçün  də diyetada çeşidlilik və
motivasiya ən böyük yardımçı olacaq.Diyetada bacarıqsızlıq yoxdur,vaz keçmək
vardır.Bacarıqlı olmaq üçün  iradəli
olmaq lazımdır.

 


Dieta saxlayarkən nələrə diqqət etməli

4.Stress kilo almağa səbəb olarmı?

Araşdırmalara görə,stress dövründə yağ depolama arta bilər.Stresslə mübarizə
aparmağa öyrənməyə çalışın və bədəninizə yaxşı  baxın.Çiddi idman hərəkətləri sevmirsinizsə yoqa və ya massajı sınayın,çünki düzənli bir qan şəkəri səviyyəsi depressiya və yorğunluqla mübarizənizin
olmazsa olmazıdır.
Qan şəkərinizin düşmə ehtimalı varsa və hipertonik təzyiqiniz  tez-tez qalxırsa dieta planınıza xüsusi diqqət
göstərməlisiniz.
  

Dieta saxlayarkən nələrə diqqət etməli

 

Dieta  saxlamanın 5
qanunu var.
1. Bu dieta sizin üçünmü yazıldı?.

 

2. Yazılan dietada marketinizdə tapılan şeylərmi
yazılıb, yoxsa adını belə eşitmədiyiniz
yemək adlarımı var?.

 

3. Büdcənizə uyğundurmu?,ömür boyu  bu dietanı tətbiq edə bilərsizmi?.

 

4. Zərərli olsa belə ən sevdiyiniz yeməklərə az
miqdarda yer verilibdirmi?.

 

5. Bütün bunlara əməl olunaraq dietaya başlasanız sağlam və qalıcı bir nəticə əldə
edəcəksiniz.
Əvvəlki məqaləQısa saç modelinin əhəmiyyəti
Növbəti məqalədəNə qədər su içməliyik?