Diş saralmasının səbəbləri və qarşısının alınması

Bəyaz və sağlam dişlər gözəl bir gülümsəmənin ən əhəmiyyətli parçalarından biridir. Gülən bir üzün isə həm sizi daha gənc göstərdiyi, həm də canlı, dinamik bir quruluşda olduğunuzu ifadə etdiyi bilinən bir gerçəkdir. Ancaq gündəlik həyatdakı vərdişlərimizin bir çoxu dişlərimizin gedərək saralmasına, gözəlliklərini itirməsinə və bu səbəblə xüsusilə qadınlarda böyük narahatlıqlara səbəb olar. Hər nə qədər xəstəxanada reallaşdırılan diş ağartma müalicələri olsa da, əgər çox irəli bir sarılıq vəziyyəti ilə qarşı-qarşıya deyilsinizsə evdə tətbiq ediləcək üsullar da mövcuddur.

Gün içərisində istehlak edilən siqaret, spirtli içkilər, çay və qəhvə kimi maddələr dişlərimizin rənginin saralmasına və gedərək daha da pis hala gəlməsinə, hətta kariesə  səbəb olarlar. Əgər dişlərə intensiv qulluq etmirsinizsə, bu qidaları əsaslı  miqdarda azaldaraq sararmaların daha yüngül və aşağı səviyyədə qalmasını təmin edə bilərsiniz.

Ancaq dişlərinizdəki sarılıq müxtəlif sağlamlıq problemlərinə görə meydana çıxarsa bunu test edə bilmək üçün həkiminizlə məsləhətəşməniz və narahatlığın hansı səbəbdən olduğunu bilməniz yaxşı olardı. Xüsusilə dişlərində başqa problemləri da olan xəstələrin öz-özlərinə müxtəlif müalicələr və sınaqlar gələcəkdə ciddi problemlər ortaya çıxara bilər .

Dişlərinizi bəyazlatmaq üçün bir üsul

Dişləri bəyazlatmaq  üçün ilk olaraq cəhd edə biləcəyiniz üsul 2 damla zeytunyağı, yarım limon və 1ç/q. çay sodası  (karbonat) ilə hazırlayacağınız qarışığı dişlərinizə tətbiq etməkdir. Xüsusilə yediyiniz və içdiyiniz maddələrdən qaynaqlanan saralmalara qarşı təsirli olan bu üsulu arada bir tətbiq etmək, diş səthi saralmaların qarşısının alınmasına köməkçi olar.

Əczaxana və supermarketlərdə tapa biləcəyiniz diş ağardıcı diş pastaları və digər maye bəyazlayıcıları da istifadə təlimatındaki kimi sınayaraq dişləriniz üzərində necə bir təsir buraxdıqlarını müşahidə edə bilərsiniz. Əgər göstərilən müddət sonunda hələ bəyazlama təsirini görə bilmirsinizsə müxtəlif səbəblərdən saralmalar mövcud ola bilər və ya bu bəyazlayıcılar sizin dişinizə uyğun olmaya bilər. Ayrıca təbii diş quruluşunuzu sarı olması vəziyyətində hər hansı bir ağardıcı təəssüf ki, təsirli ola bilməyəcək.

Ağardıcı mastika istifadə edildiyi halda dişlərin nizamlı olaraq fırçalması və buna bağlı olaraq təsir meydana gəlməməsi də rast gəlinilən vəziyyətlər arasındadır. Həm dişlərinizin ümumi sağlamlığı həm də ağlığı üçün gündə iki və ya üç dəfə dişlərinizi fırçalamağı unutmamalısınız. Beləcə ağlıq problemlərinin yanında meydana gələ biləcək ağız qoxusu kimi digər narahatlıqlardan da xilas olma şansı əldə edə bilərsiniz.

 

Əvvəlki məqaləUşaqlarda dırnaq yemə vərdişinin səbəbləri
Növbəti məqalədəQısa saç modelinin əhəmiyyəti