Qarpız KÖKƏLDİR – Diyetoloqdan ŞOK AÇIQLAMAQarpız, çoxlarının düşündüyünün əksinə, arıqlamağa kömək etmir.

Xəbərə görə, bu barədə Rusiyanın Moskva vilayətinin baş diyetoloqu İnna Piçugina qarpızın faydalarından danışarkən deyib.

O, qarpız və yemişin tərkibində qanda şəkərinin səviyyəsini artıran saxaroza və fruktoza olduğunu qeyd edərək bildirib ki, onları yedikdən dərhal sonra insanda toxluq hissi yaranır, lakin qısa müddət keçdikdə həmin şəxs güclü aclıq hiss edir. Bu səbəbdən də qarpız diyetası çox vaxt uğursuz olur və yarıda qalır.

Eyni zamanda, Piçugina qarpızın tərkibində güclü antioksidant olan likopinin olduğunu qeyd edib. Bu, ürək xəstəlikləri, xərçəng və digər xəstəlik risklərini azaltmağa kömək edir.

Diyetoloq günortalar tort və şirniyyat əvəzinə 200-300 qramdan çox olmamaq şərti ilə qarpız və yemiş yeməyi məsləhət görüb.

Əvvəlki məqaləDərini qoruyan və möhkəmləndirən vasitə…
Növbəti məqalədəDünyanın ən varlı qadınının kimliyi açıqlandı