Qadınlardakı baş ağrısı…Hormonal və genetik dəyişikliklərin və bunların beyin biokimyası üzərindəki təsirlərinin nəticəsi olaraq migren, qadınlarda kişilərdən daha çox rast gəlinir.Azadqadin.az bildirir ki,hər 4 qadından birinin başı ağrıyır…

İnsanın həyat tarazlığını pozan, ictimai və iş həyatına mənfi təsir edən şiddətli baş ağrısı – migren, hər dörd qadından birində var.
 
Araşdırmalara görə, cəmiyyətdə həkimə müraciət edənlər arasında migrendən əziyyət çəkənlər çoxluq təşkil edir. Uzun müddət keçməyən şiddətli baş ağrısı insanın həyatdan qopmasına gətirib çıxaran ciddi bir sağlamlıq problemidir.
 
Migrenin kişilərdən daha çox qadınlarda olması, hormonal və genetik dəyişikliklərin və bunların beyin biokimyası üzərindəki təsirlərinin nəticəsindən baş verir.
 
 Xüsusilə, işləyən qadınların migren mövzusunda daha diqqətli olmaları vacibdir. Ölkəmizdə iş və ev həyatında gündəlik yaşayışa səbəb olduğu dəyişikliklər, yuxu problemləri, nizamlı yemək vərdişinin olmaması və iş həyatındakı gərginliklər çalışan qadınlarda migren hücuma gətirib çıxarır.
 

 

Xüsusilə, medustrasiya dövründə reallaşan hormonal dəyişmələrin, hamiləlik dövründə müxtəlif dərmanların istifadəsinin, hamiləliyin ilk üç ayında hormonlarda görülən dəyişikliklərin, ya da menopoz dövründə ən sıx görülən hormonal səbəbli başağrıları olduğunu bildirən həkimlər bəzi kimyəvi təsirlərin də beyində baş ağrısına gətirib çıxardığı qeyd ediblər.
 
Yetkinlik yaşında miqren xəstələrinin dörddə üçü qadındır.
Yetkinliyə qədər migren xəstələrindən statistikada qızlar və kişilər arasında az fərq olduğu müşahidə olunmuşdur. Məktəbli uşaqların yüzdə 10-u migrendən şikayət edir. Yetkinlik yaşında miqren xəstələrinin dörddə üçü qadındır. Qadınların klimaks 45-50 yaş dövlərində də bu hallara rast gəlinir.
 
Hamiləlik dövründə baş ağrıları üçün dərman və xarici müalicələrin seçilməsi, əmizdirmə dövründə də dərman istifadəsində diqqətli olmaq lazımdır.
 
Migren olan qadınların olduqca böyük bir qisimi depressiyadan baş verir. Depressiyanın migrenin inkişaf riskini və migren də depressiya riskini artırır. 
Əvvəlki məqaləLunatizm nədir? Necə qarşısı alınır?
Növbəti məqalədəQəhvə göz sağlamlığını qoruyur