Qadın və kişi haqqında ən maraqlı araşdırma….

sevgi
Qadın və kişi…. İnsanın yaranma tarixindən  bu günə gələn  iki zidd qütb, iki fərqli varlıq…
 Bu ziddliyin və fərqliliyin onun yaradılışından gəldiyini bilməmiz bu vəziyyəti qəbul edib uyğunlaşmağımız mənasını vermir.
Əgər belə olsaydı qadın və kişi arasındakı problemlər ən aza enərdi. Ancaq əlaqələrdə yaşanan çətinliklər qadın və kişinin fərqli olduğunu bilməmizə baxmayaraq bəzən cütləri çarəsiz buraxmaqda davam edir.
Qadın və kişinin təbiətində həm bir-biriylə olma var, həm də bu olumda bir-biriylə əlaqədar anlaşılmazlıqlar, çətinliklər, mühakimələr  və şərtlər var. Kişilərlə qadınların  düşünmə tərzlərində, strukturca xüsusiyyətlərində  fərqliliklər var. Bütün bu fərqliliklərlə bir araya gələn qadın və kişi qarşısındakını özünə bənzətməyə çalışır.
Kişi-qadın münasibətlərində uyğunluq varsa onlar arasında rahat bir əlaqə,  uyğunluq olmadıqda  isə çətin bir əlaqə yaşanır.
Qadın və kişi bir-birinə əksəriyyətlə şərtlər, gözləmələr, tələblər və fərdi doğrular dünyasından baxır. Əlaqələrdə qarşılıqlı gözləmələr, tələblər və fərdi doğrular var. Hər fərd öz nöqteyi-nəzərindən  və ehtiyacından əlaqəyə baxır, ona uyğun davranır və onu təmin edəcək  davranışlar gözləyir.
Mənim istədiyim kimi davran, danış və geyin…
Maddi təminatı, evi varmı, avtomobili varmı karyerası varmı və s…
Cinsi əlaqə mənlik deyil  və ya da o  olmadan olmaz…
Yalnız mənimlə görüşəcəksən, yoldaşlarını, ailəni çox görməyə ehtiyac yoxdur…
Məsələn, cütlərdən biri üçün gündə 3 ya 4 dəfə danışmaq, xəbər tutmaq əhəmiyyətlidirsə,  digəri üçün gündə 1 və ya da iki gündə bir danışmaq, ya da görüşmək kifayət edir. Və bu   gözləmələr qarşılanmamış olduğunda  xəyal qırıqlıqları, şübhələr və döyüşlər başlayır.
Bir insana  çox yaxın yaşayırkən,  zamanla sevmədiyiniz davranışlarına məruz qalmamanız mümkün deyil. Bu, bir çox şəxslər  üçün acılı-ağrılı  xəyal  qırıqlığının başlanğıc yeri olur bəzən.
 Xəyal qırıqlığına uğramış bir çox adamlar həmişə  deyirlər:” Evlənənə qədər birini tam olaraq tanıya bilməzsiniz”…
İki insanın ailə olaraq yaşaması çox çətindir, bunu bacarmaq isə sizə çox şey qazandırır. Ailədə tərəflərin münasibəti səbirlə, düşünülmüş şəkildə idarə olunduğunda ailənin uzunömürlüyü təmin olunmuş olur.
Ailədə tərəflər hər zaman münasibətlərini balanslaşdırmağı bacarmalıdırlar. 
Bəzən  bizdə mentalitetimizə uyğun olaraq bu balans kişilərin xeyrinə pozulur. Amma qadından da bu münasibətləri qoruyub saxlamaqda ən birinci dözüm və iradə tələb olunur.
Neyləyək ki, Azərbaycanda doğulmuşuq….
Əvvəlki məqaləFındıq ana südünü artırır
Növbəti məqalədəAna südü bir möcüzədir