süd verən analar

Fındıq ana südünü artırır

 

Araşdırmaya səbəb iki qadının həkimlərə “fındıq yeyəndə südüm artır” deməsi olub
Türkiyənin Girəsun universitetinin alimlərinin araşdırmalarına görə fındıq ana südünü və südün qida dəyərini artırır. Azərbaycanda qədim zamanlardan bu yana hamilə və yeni doğan qadına südü bol olsun deyə yedirilən fındığın özəlliklərini türk alimlər hələ indi açır. Körpə əmizdirən analar üzərində 2 il davam edən araşdırmaların müsbət nəticələr verib.
Belə ki, hər gün fındıq yeyən ananın südünün digərlərinə nisbətlə yüzdə 10 artdığı təyin edilib. Əmizdirmə dövründəki anaların fındıq və fındıq məhsulları istehlakının ana südünün miqdarına, tərkibinə, körpələrin böyüməsinə, inkişafına təsirini araşdırmaq məqsədi ilə Girəsunda 0- 6 aylıq körpəsi olan ana və körpəsini yalnız ana südü ilə qidalandıran analar ilə körpələri əsas götürərək icra edilən araşdırma zamanı məlum oldu ki, fındıq süd artırmaq üçün əvəzzsiz qidadır.
90 ananın qatıldığı araşdırmada 3 qrup üzərində iş aparılıb. 32 anaya hər gün 40 qram fındıq, 29 anaya yenə hər gün eyni miqdarda fındıq əzməsi yedirilib, 29 ana isə könüllü formada fındıqdan imtina edib. Anaların fındıq istehlak etməzdən əvvəl və sonrakı süd miqdarına baxılıb. Məlum olub ki, gələcək aylarda fındıq yeyən anaların südündəki yağ nisbəti yüksəlib, miqdarı artıb. Maraqlı burasıdır ki, araşdırmaya səbəb iki qadının həkimlərə “fındıq yeyəndə südüm artır” deməsi olub.
Əvvəlki məqaləKişini özünə aşiq etmənin sadə strategiyaları
Növbəti məqalədəQadın və kişi haqqında ən maraqlı araşdırma….