ana südü

 

Spermadan körpəyə çevrilən yeni insanın qidalanması da öz-özlüyündə bir möcüzədir. Körpə üçün xüsusi hazırlanan və hazırlanması nə ananın, nə də başqasının iradəsi daxilində olmayan ana südü ən xeyirli qidadır.


Ana südü tərkibindəki maddələrə görə həm yeni doğulan körpə üçün mükəmməl qida mənbəyi, həm də körpənin və ananın xəstəliklərə qarşı müqavimətini artıran qidadır. Həkimlər süni hazırlanan körpə yeməklərinin ancaq süd kifayət etmədikdə istifadə edilməsini, uşağın xüsusilə ilk aylarda ana südü ilə qidalanmasını tövsiyə edirlər. Ana südü haqqında bir az məlumat alaq:

•  Ana südünün ən maraqlı xüsusiyyəti körpənin inkişaf dövrlərinə uyğun tərkibinin dəyişməsidir. Südün kalori dəyəri və qida tərkibi körpənin erkən və ya vaxtında doğulmasından asılı olaraq dəyişir. Körpə erkən doğulubsa, ana südünün tərkibindəki yağ və zülalın miqdarı normal doğulmuş uşağa görə daha çoxdur. Çünki erkən doğulan körpənin yüksək kaloriyə ehtiyacı var.

Körpənin ehtiyacı olan immun sisteminin tərkib hissələri, yəni antikorlar və immun hüceyrələri ana südünün içində körpəyə hazır verilir, sanki muzdlu əsgərlər kimi aid olmadıqları orqanizmi qoruyur və körpəni düşmənlərindən müdafiə edirlər.

Antibakterialdır. Otaq temperaturunda altı saat saxlanılan süddə bakteriyalar çoxalaraq südü çürüdür, lakin bu müddət ərzində ana südündə bakteriya əmələ gəlmir.

•  Körpəni damar bərkliyindən qoruyur.

•  Tez həzm olunur.

Müasir laboratoriyalarda qida mütəxəssislərinin hazırladığı uşaq yeməklərinin heç biri ana südü qədər faydalı deyil. Bu uşaq yeməklərindən ən üstünü olan ana südünün laboratoriyada deyil, insanın orqanizmində, ananın xəbəri belə olmadan kimin tərəfindən hazırlandığı necə açıqlana bilər? Aydındır ki, ana südünü o südə ehtiyacı olan körpəni yaradan Allah yaratmışdır.

Əvvəlki məqaləQadın və kişi haqqında ən maraqlı araşdırma….
Növbəti məqalədəÖzünüzü güclü hiss edin