Özünüzü güclü hiss edin

məsləhət
Gülümsəyin.
 
Gülümsəmənin özünə inamı ən yaxşı artıran yollardan biri olduğunu bilirdinizmi? Yalnız gülümsəmə hərəkəti belə beyində serotonin ifraz edərək sizi xoşbəxt edər. Xoşbəxtkən özümüzdən daha əmin olduğumuz bir gerçəkdir. Ürəkdən gələn bir gülümsəmə sizin özünüzdən əmin görünmənizi təmin edib yaxşı hiss etmənizə də səbəb olacaq. 
 
Sevdiyiniz tonlarda geyinin.
Sevdiyiniz rəng geyinmək sizi birdən daha güclü, inkişaf etmiş və özünüz kimi hiss etmənizə səbəb olacaq. Ən sevdiyiniz rəngi geyinin, təbii olaraq özünüzə inamınızın artdığını görəcəksiniz. 
 
Rahat edəcəyiniz paltarı seçin.
Kimsə içində rahat etmədiyi paltarlarla özünü etibarda hiss etməz. Həddindən artıq dar ətək, köynək ya da şalvarları seçməyin. Kimsə sizdən başqa hansı bədən olduğunuzla maraqlanmaz. İçində rahat olduğunuz və sizi yaxşı göstərən paltarlar geyinmək istəməzmisiniz? 
 
Sağlam qidalanın.
Sağlam qidalandığımızda dərimiz gözəlləşir, dərimiz gözəlləşincə də özümüzü daha yaxşı hiss edərik. Gözəl görünmək üçün gözəl qidalanın. Qabınızı meyvə, tərəvəz, yaşıl yarpaqlı tərəvəzlər və sağlam yağlar ilə yağsız zülallarla doldurun. Şəkər, zərif və işlənmiş qidalardan uzaq durun. Beləcə həm çox yaxşı hiss edəcək həm də çox yaxşı görünəcəksiniz. 
 
Açıq olun. 
Əgər özünüzə inamınız yoxsa fikrinizi söyləmək, bir söhbətə qatılmaq hətta haqqınızı axtarmaq belə çətindir. Ağlınızdan keçəni söyləmək inamınızı artırmaq üçün çox yaxşı bir yoldur. Heç kim qatılmasa da nə hiss etdiyinizi söyləyərək belə özünüzü yaxşı hiss edəcəksiniz. 
 
Yazın.
Hisslərinizi, hədəf və çətinliklərinizi yazaraq özünüzə inamınızı artıra bilərsiniz. Başınızın içindəkiləri yazıya tökmək sizi rahatlaşdıracaq və hisslərinizi daha həll oluna bilər hala gətirəcək. Yazmamaq sizi stressə soxaraq, başınızı qarışdırıb qərar vermədə çətinlik çəkmənizə səbəb ola bilər. Başınızdakıları yazıya tökün. Yaxşı hiss edəcək və hadisələri nəzarət altına alaraq gedəcəyiniz yol haqqında dünyagörüşünə sahib olacaqsınız. 
 
Yaxşı yoldaşlıqlar qurun. 
Əgər yoldaşlarınız sizi yarı yolda buraxar, özünüz haqqında pis hiss etmənizə səbəb olar ya da ümumi olaraq kobud davranarsa özünüzə inamınız  sarsılar. Sizi dəstəkləyən insanların ətrafında olmalısınız. Doğru yoldaş çox yaxınınızda ola bilər. Əgər sizi dəstəkləmək yerinə davamlı incidənlərin ətrafında olmağa davam etsəniz doğru adamı tapmaya bilərsiniz. Yaxşı dostlar sizə cəsarət verərək ya da yalnız yanınızda olaraq inamınızı artıra bilər. 
 
Hobbi əldə edin. 
Bəlkə də etməkdən zövq aldığınız və də qabiliyyətinizin olduğu bir hobbi var amma siz çox üzərinə düşmürsünüz. Sevdiyiniz bir şeyi etmək sizi əyləndirər, əhvalınızı düzəldər və sizə cəsarət verər. Ətrafınızdakılardan heç kim hobinizdən xoşlanmır hətta razılaşmırlasa belə siz sevdiyiniz şeyi etməyə davam edin. Əgər heç hobinizin olmadığını düşünürsünüzsə yanılırsınız. İş xaricində etməkdən zövq aldığınız, sizi həyəcanlandıran və sizə maraqlı gələn şeyləri düşünün, bunları düşünərkən hobinizi tapmaq üzrə ola bilərsiniz. 
 
İdman edin. 
İdman etmək həyatımızda əhəmiyyətli bir fəaliyyətdir. İdman bədənimizə endorfin göndərərək bizi xoşbəxt etməklə qalmaz bizə özünə inam da təmin edər. 
Bu sayədə bədəninizə yaxşı baxdığınızda avtomatik olaraq özünüzü daha yaxşı hiss edəcəksiniz. Yarım saatlıq bir qaçış ya da yoga sizə çox yaxşı gələcək. İdman etmək nələri bacara biləcəyinizi sizə göstərə biləcək yaxşı bir dərmandır. Ayrıca sağlamlığınız üçün də çox əhəmiyyətli olan idman pis enerjini yaxşı enerjiyə çevirməyə kömək edər. 
 
Paylaşın.
Özünüzü yaxşı hiss edib inamınızı artırmaq üçün ən yaxşı yollardan biri də başqalarına kömək etməkdir. Hamımızın içində başqalarına kömək etmək qabiliyyəti və ehtiyacı vardır. Bu yanınızı ortaya çıxarın. Daha xoşbəxt, özünə inamlı və ətrafınızda olub bitənlərlə daha əlaqədar olduğunuzu görəcəksiniz. Çox böyük yardımlar etmək məcburiyyətində də deyilsiniz. Gündəlik həyatınızdakı kiçik hərəkətlər də böyük dəyişikliklərə səbəb olacaq. Kiçik gözəl bir not yazmaq, birinə yemək sifariş etmək ya da ehtiyacı olan bir yoldaşa vaxt ayırıb onu dinləmək belə qarşınızdakını xoşbəxt edərkən sizə də köməkçi olacaq.
Özünüzü güclü hiss edin
Əvvəlki məqaləAna südü bir möcüzədir
Növbəti məqalədəQadınlar haqqında bilmədikləriniz…