tanınmış qadınlar

Çoxları elə bilir ki, Cennifer Lopes (48 yaş), Vera Brejneva (36 yaş), Cennifer Eniston (48 yaş) və Qvinet Peltrou (45 yaş) cavan qalmaq üçün üzündə plastik əməliyyatlar aparıb. Amma bu, belə deyil.

Bu məşhurlar gözəlliyini üz fitnesinə borcludur. İnyeksiyalar və bahalı kosmetik prosedurlar tarixə düşə bilər, çünki indi dərinin vəziyyəti üz məşqlərindən asılıdır.

Vera Brejneva

“Viaqra” qrupunun keçmiş solisti, aktrisa və aparıcı Vera Brejneva üz fitnesinin böyük pərəstişkarıdır. Üz gimnastikası ona kömək edir ki, mimik qırışlarla mübarizə aparsn və dərini tonusda saxlasın. Vera mütəmadi olaraq “feysfitnes”lə məşğul olur və ümumiyyətlə, öz sağlam həyat tərzi fəlsəfəsini təbliğ edir.

Üz məşqlərinin əsas qaydası ondan ibarətdir ki, hərəkətlər davamlı şəkildə yerinə yetirilməlidir.

Qvinet Peltoru

“Planetin ən gözəl qadını” titulunu qazanan aktrisa Qvinet də üz idmanını sevən və onun effektinə inanan məşhurlar cərgəsindədir. Aktrisanın sözlərinə görə, unikal metodika ona ağız ətrafında əzələlərini möhkəmlətməyə kömək edir və mimik qırışlar onun üçün qorxulu deyil!

Cennifer Eniston

Təbii gözəllik pərəstişkarı kimi tanınan aktrisa Cennifer Eniston etiraf edir ki, üz məşqləri ona dərisinin elastikliyini qorumağa kömək edir. Bundan başqa, Cen öz emosiyalarına həmişə nəzarət edir, daxilən dolu olsa da, zahirən sakit və ciddi olmağa çalışır.

Cennifer Lopes

Cennifer Lopes öz gözəlliyini ciddi cəhdlə qoruyur. Bunun üçün o, hər gün 15 dəqiqəlik üz hərəkətləri tətbiq edir. Bundan başqa, onun gündəlik gözəllik proqramına qatıq maskası, yaşıl çay, bal da daxildir.