Avokado son zamanlar tərkibində olan protein və Omeqa-3 sayəsində çox məşhur oldu.
Qısa zamanda sabah qəhvəaltılarında, öylə aralarında, axşam yeməklərinin yanında, soslarda, hətta dadlı dondurmalarda da özünə yer aldı.
Tək başına çox da çarpıcı bir dadı olmayan bu meyvə, içinə girdiyi hər şeyi gözəlləşdirərək sanki yarımçıq qalan bir hissəni tamamlayır.
Bu dəfə də fərəhlədici bir salata yoldaşlıq edir .
Hal- hazırda limon, zeytun yağı və istiotla çox yaxın olan avokado gözəl ətirli pomidor, xiyar, soğan və pendirlə də mükəmməl bir uyum yaradır.
Hazırlamaq istəyənləri gözlətməyək.4 nəfərlik,15 dəqiqəyə hazırlanır,15 əqiqəyə bişir
Vitamin deposu: Pendirli avokado salatı üçün lazım olan ərzaqlar:
- 1 ədəd avokado,
- 2 ədəd kiçik xiyar,
- 20 ədəd pomidor,
- 100 qram pendir,
- 1 ədəd kiçik soğan,
- 5-6 dənə cəfəri
Sosu üçün:
- 2 yemək qaşığı zeytun yağı,
- 1 yemək qaşığı limon suyu,
- 1 çay qaşığı iri çəkilmiş istiot,
- 1/2 çay qaşığı duz
Vitamin deposu: Pendirli avokado salatının hazırlanma qaydası:
- Avokadonun çəyirdəyini çıxarın.
- Xiyar və avokadoyu kiçik-kiçik doğrayın.
- Pomidorları dörd parçaya bölün.
- Soğan və cəfərini incə -incə doğrayın.
- Doğradığınız tərəvəzləri qarışdırın.
- Pendiri küp-küp doğrayaraq tərəvəzlərə əlavə edin.
- Sos malzəmələrini küçik bir qabda çalxalayaraq yaxşıca qarışdırın və bütünlüklə salatın üzərinə gəzdirdikdən sonra servis edin.