1. Sürətli yemək
Sürətli yemək yarışmalarından başqa rekord qırma həddinə çatacaq qədər sürətli yemək yeməyin heç kimə faydası yoxdur. Sürətli həyat və iş ətrafımız hamımızı tələsik şəxsiyyətlərə çevirmiş olsa da yemək zamanına xüsusi diqqət edilməlidir yəni hər pay yavaş və kiçik loxmalar halında tükətilməlidir.

 

2. Nahar etməmək
Araşdırmalar nahar etməyənlərin  edənlərə nisbətən daha çəkili olduqlarını göstərir. Nahar etməyərək daha müvəffəqiyyətli çəki azaldılacaq anlayışı yalnışdır. Həqiqət budur ki, gündə 3 dəfədən az yeyənlər, gün sonunda daha çox kalori götürər. Günə kalorisi balanslı, lif nisbəti yüksək, bəsləyici bir yeməklə başlayıb, az az və tez-tez bəslənməyə davam edin .

 

3. Maye nədir deyib keçməyin
Spirtli içkilər,kremli şirin qəhvə, meyvə konsentratları, şəkərli çaylar çəki artımını sürətləndirən, qida dəyəri aşağı və yüksək kalorili içkilərdir. Araşdırma amerikalıların gündəlik kalorilərinin ortalama yüzdə iyirmi birini içkilərin tərkibində aldıqlarını göstərir. İçkilər toxluq duyğusu vermədiyindən daha çox yeməyə təşviq edər. Unutmayın, kiçik dəyişikliklər böyük kalori qənaəti etmənizə köməkçi ola bilər.

 

4. Qeyri-sağlam  əlavələr
Pəhriz etməyin salat, tərəvəz yemək və qazlı sular içməkdən ibarət olduğunu düşünürsünüzsə, yanılırsınız. Gözəlliyin zəif olmaqdan keçdiyi inancının məşhur olduğu indiki vaxtda, dəyişən yemək mədəniyyətimiz restoran menyularında salatları ana yemək olaraq görməyə səbəb oldu. Ancaq düzəldilən əlavə souslar və vəsaitlərlə möhtəşəm bir ana yeməyinin kalorisinə çata biləcək salatlarınızı doğru bəzəməyin də gərəkli olduğunu unutmayın.

Pəhrizinizi pozan 9 səbəb

 

5. Böyük boşqablar
Mədənin doymağından çox, gözün doymasına diqqət yetirin. Restoranlarda, izlədiyimiz reklam və filmlərdə böyük qablarda yeyilən yeməkləri görməyə öyrəşən beynimiz, evdə də bu qabların axtarışına yönələ bilir. Əvvəlcə mədə tutumunuza uyğun, lazım olan boşqablarda qidanı qəbul etmək  əlavə böyük menyular seçimini rahatlaşdıracaqdır. Ehtiyacınızdan artığını yeməyin, yeməkdən sonra sizin narahatlığınıza səbəb ola biləcəyini xatırlayın.

 

6. Şok pəhrizlərə etibar etmək
Böyük vədlərlə sürətlə yayılan mediatik pəhrizlərin başında aşağı karbohidrat məzmunlu  proqramlar dayanır. Xüsusilə, Amerikanın 10 milyondan çoxunun ürəyini fəth edən bu pəhrizlər baş ağrısı, mədə bulanması və özünü yorğun hiss etmə halları yarada bilər. Bu tərz az kalorili pəhrizlər əksinə çox kalorili qidaların istifadəsinə səbəb ola bilər.

 

7. Düşünmədən yemək

“Düşünmədən qidalanmaq” sanki bir yaddaş itkisi yaşayıb şüursuzca olan yeməklərə hücum etməkdir. Qidalanmaq nəfəs almaq kimi şəxslərin fizioloji ehtiyacları üçün imtina edilməz bir ehtiyacdır və zövq alma duyğusu olaraq istifadə edilməməlidir. Həm də qarın və bel bölgənizdə çıxacaq əlavə qatlar olaraq sizə dönəcəyini unutmayın.

 

8. “Onsuz da çəki verə bilmirəm”-söyləmək
Çəkisinin azaldığını görməyən bir çox adam dərhal çox ciddi kalori məhdudiyyətləri edərək çəki itkisi təmin etməyə çalışır. Halbuki gündəlik alınan kalorini çox azaltdığımız zaman bədən müqavimət göstərə bilər. Bu vəziyyətdə enerji almaqdan çox, xərcləməyi artırmaq daha faydalı bir təsir yaradacaq.

 

9. Özünüzə inanmamaq
Nərdivanın ən uc nöqtəsini görmək məcburiyyətində deyilsiniz, əhəmiyyətli olan hər addımda hədəfə yaxınlaşacağınızı bilməkdir. Pəhrizinizdəki səhvləri yox edərək hədəfə çatmaq üçün kiçik müvəffəqiyyətlərdən həzz almalı, qiymətləndirməli və özünüzə inanmalısınız.

Pəhrizinizi pozan 9 səbəb

Diqqət Diqqət: Nə etməlisiniz?

Öz-özünüzü test edin. ‘”Pəhrizmi edirəm yoxsa pəhrizdə olduğumu düşünürəm?” -deyə özünüzə sual verin. Bunun üçün pəhrizinizin sizə özəl olduğundan əmin olun.
Özünüz özünüzün pəhriz polisi olmağa çalışın. Pəhrizli olduğunuzu düşünməyin. Kaloriləri və pəhriz yeməklərini düşünməkdən çox, qidalanma formanızı, etməkdə olduğunuz səhvləri və sizə çəki verən qidalardan uzaq durmağa çalışın. Öz qidalanma səhvlərinizdən əlavə,  başqalarının səhvlərindən və müvəffəqiyyətlərindən da dərslər almağa çalışın.

 @Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Redaktə etdi: Gunewim
Əvvəlki məqaləSəhər yeməyi ürək xəstəliyi riskini azaldır
Növbəti məqalədəKörpənizin sizdən istədiyi yalnız bir stəkan süddür