Körpənizin sizdən istədiyi yalnız bir stəkan süddür
 Hamiləlikdə şüurlu qidalanmaq həm sizin, həm də körpənizin sağlamlığını qoruyacaq. Yalnız hamiləlik də deyil,hamiləlik sonrasında da,özünüzü daha rahat formada hiss edəcək və çox kiloların verdiyi psixoloji və mənfi duyğulardan daha çox  uzaqlaşacaqsınız . Bir çox ana namizədi təəssüf ki,hamiləlik dövründə hamiləliyin arxasına sığınaraq əllərinə nə keçsə ağızlarına atmaqla yeyir və verdikləri tək cavab isə mən hamiləyəm olur!
  Ancaq ana namizədləri bunu bilmir ki, ana qarnındakı körpə sizdən müəyyən bir aya qədər ki bu hamiləliyin ilk yarısı ərzində yalnız bir stəkan süd içilərək körpənizi ən sağlam bir şəkildə qidalandıra bilər,ana qarınındaki körpəsni böyüdə və inkişafına kömək edə bilərsiniz. Bu zaman xaricində yedikləriniz sizə yalnız geri verilmə mərhələsində sizi zorlayacaq olan çox kilolara gətirib çıxaracaq
 
  •  Hamiləlikdə qidalanarkən körpənizin düzgün və sağlam qidalandığına necə əmin olacaqsınız?
Yeməkləri 3 pay şəklində deyil də tez-tez amma az-az ən az 5 pay olaraq yeyin.  Təzə meyvə və tərəvəzlər vitamin və mineral baxımından zəngindir.Gündəlik tərəvəz və meyvə yeməlisiniz.
Alınan meyvə və tərəvəzlərin rəngi nə qədər canlı olsa və tam rəngində olsa o qədər qidalandırıcı xüsusiyyətinə malik olacaq. Meyvə və tərəvəzləri mütləq bol su ilə yuyaraq təmiz saxlayın.
Körpənizin sizdən istədiyi yalnız bir stəkan süddür
Tərəvəzləri mümkünsə çiy yeyin. Bunun xaricində buxarda qaynadaraq və çox bişirmədən yeyə bilərsiniz.
Çörək, kartof, düyü kimi taxıl məhsullarından yeməlisiniz. Vitamin baxımından zəngin olan un məhsulları seçməlisiniz. 
Yağsız ət, toyuq, balıq, yumurta mütləq yeməlisiniz, ən yaxşı zülal qaynaqlarıdır.
Həm kalsium həm də zülal baxımından zəngin olan süd və süd məhsullarını mütləq yeməlisiniz.
Mümkün olduğunca bağlı halda olmuş süd və süd məhsullarını yemək körpənizin sağlamlığı baxımından olduqca əhəmiyyətlidir.
 Gündə ən az 2 litr su içməlisiniz ki, hamiləlikdə bu olduqca əhəmiyyətlidir.Unutmayın körpənizin həyat sahəsi su içindədir, bu suyun azlığı körpənizə zərər verə bilər.
 Qoz, fındıq, fıstıq, quru ərik mütləq yeyin.
Unutmayın bu təkliflər qidalanma formanızı dəyişdirməyiniz və sağlam bir həyat sürmək üçün lazım olan xəbərdarlıqları, hamiləlik dövründə bu bəslənmə vərdişinin 10 qat daha əhəmiyyətli olduğunu vurğulamalıyıq və  bu lazım olduğu üçün hamiləlik dövründə mütləq tədbiq olunmalıdır.
Əvvəlki məqaləPəhrizinizi pozan 9 səbəb
Növbəti məqalədəAğ dişlərə sahib olmanın yolları