Ağ dişlərə sahib olmanın yolları

 
Ağız və diş sağlamlığı ümumi sağlamlığımızın güzgüsü kimidir . 
 
Qidalanma vərdişləri ,infeksiyalar,immunitet sisteminin zəifliyi dişlərə təsir etdiyi kimi sağlam olmayan dişlər də ürək xəstəliklərindən diabetə qədər bir çox xəstəliyə səbəb ola bilir .Bu səbəbdən də düzgün və baxımlı dişlər ,yalnız estetik baxımdan deyil bir çox xəstəlikdən qorunmaq üçün də əhəmiyyətlidir .Dişləri nizamlı olaraq fırçalamağın və diş ipi ilə təmizləmənin vacibliyini bilməyən yoxdur. Ağ dişlər və parlaq bir gülümsəmə də hər kəsin xəyalıdır . Bunun üçün bəzi kimyəvi maddələr və lazer tətbiqləri işlədilsə də son  zamanlarda edilən araşdırmalar göstərir ki ,bunların yerinə təbii yollarla da eyni nəticələrə gəlmək olar .
 
1 – Qabartma tozu
 
Karbonat da dediyimiz , toksik bir maddə olmayan qabartma tozunu istifadə edərək 1 həftə kimi qısa müddətdə dişlərinizin rəngindəki dəyişikliyi fərq edəcəksiniz .Tətbiqi də çox sadə : dişinizi diş pastası ilə fırçaladıqdan sonra fırçanızı bir qaba qoyduğunuz karbonata salıb fırçalamağa davam edin.Bir həftə sonra tətbiqə bir az ara verin ,çünki davamlı istifadə diş minalarına zərər verə bilər. 
 
2 – Ağzı yağlamaq
 
Müxtəlif sağlamlıq problemlərinə yaxşı gələn bu köhnə müalicə üsulu ağız sağlamlığı üçün də faydalıdır .Dişləri ağardır ,diş ətlərini çəhrayı və sağlam edər .Bunun üçün, 1 çay qaşığı Hind qozu yağını 15 dəqiqə ağzınızda gəzdirin ( əsla udmayın ) ,sonra ağzınızı çalxalayın və dişlərinizi fırçalayın…
 
3 – Çiyələk 
 
Öz qırmızı rənginin əksinə ,çiyələyin dişlər üzərində ağartma təsiri vardır . Çiyələk ayrıca C vitamini ilə zənginidir ,bu da dişlərdəki ləkələri təmizləyər . Tək edəcəyiniz turşu və şəkərdən qorunmaq üçün çiyələk yedikdən sonra su içmək və ya ağzınızı çalxalamaqdır .Sizcə də çiyələk yemək parıltılı dişlərə sahib olmaq üçün dadlı bir üsul deyil mi ?  :love: 
 
4 – Yeməkdən sonra ağzı yaxalamaq
 
Xüsusilə qəhvə , çay , qırmızı şərab kimi içkilər və ya ağzı və dişləri rəngləyəcək meyvə və ya şirin yeməklərdən sonra dişləri fırçalayamayacaqsanızsa ağzınızı su ilə çalxalayın .
 
5 – Elektrikli diş fırçası
 
Dişlərinizə edəcəyiniz ən favorit təbii gözəllik investisiyası bir elektrikli diş fırçası almaq olacaqdır .Çünki bu alət normal fırçanın edə bilməyəcəyi qədər təsirli bir şəkildə ləkə və diş düyününün yox olmasını təmin edər . 
 
Əvvəlki məqaləKörpənizin sizdən istədiyi yalnız bir stəkan süddür
Növbəti məqalədəVitaminlər haqqında bilmədiklərimiz