Səhər yeməyi ürək xəstəliyi riskini azaldır

İsveçdə aparılan  araşdırmalar, balanslı səhər yeməyinin  metabolik sindromu (hormonal və kliniki pozulmalar )önlədiyi, ürək-damar xəstəlikləri riskini  azaltdığını ortaya qoydu. 
 
Elm insanları, cavankən nahar etməyən ya da naharı ayaqüstü yeməklərlə keçirənlərin  yetişkinlik yaşına çatdığında  metabolik sindroma tutulma riskisinin daha çox olduğunu, sindromun infarkt, damar xəstəlikləri və diabetə səbəb olduğunu ifadə etdi. 
 
Qidalanma vərdişlərinə, xüsusilə naharda nə yediklərinə fikir verən insanların anketi doldurulduqdan  27 il sonra qan nümunəsi götürən elm insanları iştirakçıların sağlamlıq vəziyyətini belə qiymətləndirmişlər. 
 
Naharı atlayanlarda  metabolik sindrom əlamətlərinə yüzdə 68 və daha çox rast gəlindi. Bu səbəbdən bu kəslərin ürək damar xəstəlikləri və şəkər xəstəliklərinə tutulma riskinin daha çox olduğu ifadə edildi.
Araşdırmaya imza atanlardan Maria Wennberg,  səhər yeməyinə daha çox əhəmiyyət verən insanların göstərdiyi nəticələrə  diqqəti çəkərək, naharda yaxşı bəslənmənin müsbət  təsirini vurğuladı. 
 
Bu ” müasir həyat” sindromu ən çox masa başında oturan, bəslənməsi nizamsız, sıx stress altında çalışan insanları  əhatə  edir.
Əvvəlki məqaləBu saatlarda yatmaq vacibdir
Növbəti məqalədəPəhrizinizi pozan 9 səbəb