Bağışlamaq, güzəştə getmək həyatımız üçün ən əhəmiyyətli faktdır. Bağışlamağı bilməyən insanlar, ürəklərində davamlı olaraq kin və nifrət daşıyarlar. Beləliklə, müsbət bir həyat ortadan qalxar. Davamlı olaraq intiqam almaq və dərs vermək üçün həyatınızı mənfiliyə çəkərsiniz.

Niyə bağışlamalıyıq?

 
Edilən araşdırmalarda bağışlamayan və davamlı hirsini içində daşıyan insanların sağlamlıqlarını itirdiklərini bəlli olmuşdur.
Mənfi duyğular ilə yaşayan insanlar təzyiq, baş ağrısı, migren, həzm problemləri, yuxusuzluq və immunitet sistemində yaranan çatışmazlıqlar ilə yaşayarlar. Immunitet sistemində yaranan çatışmazlıqlar səbəbi ilə davamlı qrip olmaq, xərçəng və bənzəri xəstəliklərə tutulmaq etimalı var.
Hirs və nifrət duyğusu psixoloji və fiziki sağlamlığı zədələyər.

Niyə bağışlamalıyıq?

 
Kin və nifrət duyğusu ətrafınıza yayılan duyğulardır. Xüsusilə kimsəni bağışlamayan bir insansınızsa uşaqlarınız da eynilə sizin kimi olacaq. Çünki uşaq üçün ana və atanın etdikləri çox əhəmiyyətlidir. Özlərinə ana və atanı nümunə götürürlər . Bu səbəblə uşaqların yaxşılığı üçün bağışlayın…
 
İnsanların quruluşu həyat boyunca qarşılaşdıqları çətinliklər ilə formalaşır. Ətrafınızda güclü insanlar gördüyünüzdə onların bağışlama qabiliyyətləri olduğunu anlayırsınız. Çünki bağışlamaq ağılınızda olan pis düşüncələri çıxarmaq və gələcəyə baxmaqdır. Sağlam şəxsiyyətli insanların çoxu bağışlamanın gücünü istifadə edərək gələcəyini qazanar. Siz hələ keçmişlə məşğul olursunuzsa gələcəyiniz də çox parlaq deyil.
 

Niyə bağışlamalıyıq?

 
Alimlər, psixoloqlar və Reiki kimi təlimlər bağışlamanın həyatınıza bolluq və bərəkət gətirəcəyini söyləyirlər. Bağışlamaq üçün mütləq gedib o adam ilə danışmaq lazım deyil. Həyatınızdan və beyninizdən bu duyğunu çıxarmağınız və gələcəyə baxmağınız kifayətdir. Çünki siz bağışlamadıqca kin və nifrət duyğuları ilə o insana bağlanarsınız. Zamanla bu bağ o qədər qüvvətlənər ki, həyatınızı mənfiliklərə apararsınız.
 
İnsan həyatı  hər səhər təkrar başlar. Bir müddət sonra hamımız bu həyata vida edəcəyik. Bağışlamadığınız insan tez və gözləmədiyiniz anda itirilə bilər. Beləcə, kin və nifrət yeri peşmanlıqlara ötürülür. Bunu düşünərək hərəkət etməkdə fayda vardır.
 
Birdə bu hadisəyə dini istiqamətdən baxaq, Peyğəmbər Əfəndimiz Məhəmməd (s.a.s.) insanlar üçün bağışlamanın əhəmiyyətini anlayışlı bir şəkildə ifadə etmişlər …
Bağışlamaqla əlaqədar Hədislər – bağışlayan olmaqla bağlı Hədislər…
 
Bağışlayın ki, Allahu təala da sizi bağışlasın və şərəfinizi ucaltsın! [İsfəhani]
 
Allah rizası üçün bağışlayanları Allahu təala yüksəldər. [Müslim]
 
Özündən uzaqlaşanlara yaxınlaşmaq, zalımları bağışlamaq, özünü məhrum edənlərə (özünə bir şey verməyənlərə) lütf etmək, gözəl xasiyyətli olmaqdır. [İ.Süyuti]
 
Sənə zülm edəni bağışla, sənə gəlməyənə get, sənə pislik edənə sən yaxşılıq et, əleyhinə də olsa mütləq doğru danış. [Rüzeyn]
 
Musa əleyhissalam, “Ya Rəbbi, sənin qatında ən əziz kimdir?” deyə soruşdu. Allahu təala da, “İntiqam almağa gücü çatarkən bağışlayandır” buyurdu. [Haraiti]

Niyə bağışlamalıyıq?

 

Allahu təala mərhəməti olmayana mərhəmət etməz, bağışlamayanı bağışlamaz. [Əhməd]
 
Bağışlayın ki əfvə qovuşun! [Əhməd]
 
Əfv tərəfdarı olmaq daha yaxşıdır. Hədis i şərifdə buyuruldu ki :
Cəza verməkdəki səhv, bağışlamaqdakı səhvdən daha pisdir.
Əvvəlki məqaləHamiləlik çətinlikləri haqqıda
Növbəti məqalədəSaçları qüvvətləndirən qidalar