Hansı müayinələr aparılmalıdır ?
Öz övladının sağlamlığına və taleyinə laqeyd yanaşan insanı təsəvvür etmək çətindir. Övladlara qayğı onlar dünyaya gəldikdən sonra deyil, ailə planlaşdırılması mərhələsində başlamalıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.
AzadQadin.az bildirir ki, sağlam və möhkəm ailənin yaradılması üçün nigaha daxil olan şəxslər, bir-birinin sağlamlığı haqqında məlumatlı olmalıdırlar, əks halda arzu olunmaz problemlər meydana çıxa bilər ( cinsi yolla keçən infeksiyalar, sonsuzluq, xəstə uşaqların dünyaya gəlməsi ).
Tibbi genetik məsləhətlərə göstərişlər :
Qohum nigahı ;
Ailə üzvlərində və ya qohumlarda anadangəlmə inkişaf qüsurların və ya irsi xəstəliklərin ( talassemiya, hemofiliya, Daun sindromu və s. ) mövcudluğu ;
Kişinin yaşı 45-dən yuxarı, qadının yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa ;
Ginekoloq və uroloqun qəbulu
Nigaha daxil olan şəxslər- məsləhət üçün qadınlar ginekoloqa, kişilər isə uroloqa və ya androloqa müraciət etməlidirlər. Bu profilaktik diaqnostika və müalicə üçün imkan yaradır.
Funksional və laborator diaqnostika
Nigaha daxil olanlar ultrasəs müayinəsindən, və bir sıra cinsi yolla keçən infeksiyalar, o cümlədən hepatitlər, sifilis və HİV müayinələrindən keçmələri məsləhətdir.
Nigaha daxil olan şəxslərin tibbi müayinələrinin nəticələri tibbi sirrdir, və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır.
Əvvəlki məqaləÇılpaq yatmaq hansı xəstəliklərin qarşısını alır?
Növbəti məqalədəSəhərlər sekslə məşğul olmanın müsbət cəhətləri