sağlamlıqSizdə daima aclıq hissi var? Az miqdarda qida qəbul edərkən günü-gündən çəkiniz artırmı? Bəs bu əlamətlərin sizin qanınızda şəkərin yüksəldiyinin göstəricisi ola biləcəyi barədə düşünmüsünüzmü?
Bəzi insanlar yanlız diabet xəstələrinin qanında şəkərin yüksək olduğunu düşünürlər. Lakin bu düz fikir deyil. Bəzi qida maddələrinin uzun müddət qəbulu da qanda şəkərin miqdarının artmasına səbəb olur. Bu qida maddələrinə şirniyyatlar, şirin qazlı sular, konfetlər və hətta şirin meyvələr daxildir.
Mütəxəssislər insanlara qanda şəkərin miqdarını normada saxlamağı tövsiyə edir. Qanda şəkərin miqdarı aşağıdakı hallarda da arta bilir:
* stress
* daima fiziki işlə məşğul olduqda
* pis qidalanma
* müxtəlif xstəliklər
* bəzi dərman preparatları.
Qanda şəkərin qalxması özünü hansı əlamətlər bildirir?
1. Ürək yanğısı
2. Ağızda quruluq
3. Daima aclıq hissi
4. Sidikburaxma
5. Dəridə quruluq və qaşınma
6. Yorğunluq
7. Diqqətin dağılması
8. Çəkinin qəfil artması
9. Sağalmayan iltihabi xəstəliklər
10. Görmənin zəifləməsi
11. Cinsi zəiflik
12. Yaraların gec sağlması
13. Sinir sisteminin pozğunluqları
14. Həzmlə əlaqədar pozğunluqlar.
Tərkibində qlükoza indeksinin olmasının faizinə uyğun olaraq qidalar 3 yerə ayrılır.
Yüksək şəkər indeksi olan qidalar.
Bu qidalara təribində şəkərin miqdarı 70+ olan qidalar aiddir:
Şəkər tozu, marketlərdə satılan şirin kukuruz, ağ çörək, bulka, düyü unu, kartof, mürəbbələr, tez bişən qidalar, pop korn, krekerlər, qoz, fındıq, qarpız, balqabaq, suxari, marmelad, şokoladlı konfetlər, qənd, düyü, meyvə çipsləri bu qidalara aiddir.
Orta şəkıər indeksi olan qidalar.
Bu qidalara tərkibində şəkərin miqdarı 55-69+ olan qidalar aiddir.
Ananas, konservləşdirilmiş tərəvəzlər, banan, yemiş, manna, hazır satılan şirələr, qara çörək, kişmiş bu qidalara aiddir.
Şəkər indeksi aşağı olan qidalar.
Bu qidalara tərkibində olan şəkərin indeksi 0-54 olan qidalar aiddir.
Balıq, portağal, noxud, əncir, qatıq, armud, çiyələk, süd, ərik, alma, sosiska, albalı, qreypfurt bu qidalara aiddir.

Əvvəlki məqaləEv şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
Növbəti məqalədəSaçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz