Saçlarınızın, əllərinizin və dərinizin gözəlliyi üçün təbii maskaları sizinlə paylaşıram. Evdəki vasitələrlə asanca hazırlanan təbii maskalar, yaxşı görünüş əldə edib, özünüzü yaxşı hiss etmənizə köməkçi olacaq. Özünüzə bir az vaxt ayırın, gözəllik üçün təbii maskaları öyrənin və ilk fürsətdə tətbiq edin.
Dəri üçün təbii maska
 
Dərinizə təbii parlaqlıq və möhkəmlik qazandırmaq üçün bu maskanı tətbiq edin! 1 paket yaş mayanı, 1 çay  qaşığı südlə qarışdırın, üz və boyunuza masaj edərək sürtün. 15 dəqiqə gözləyib əvvəl ilıq, sonra soyuq su ilə yuyun.
 
Mayanın dəriyə faydaları
Tərkibindəki B2 və B6 vitaminləri sayəsində dərinin yağ tarazlığını nizamlayaraq, sızanağa qarşı təsirli olur. Mayanın tərkibindəki yüksək kalium miqdarı, toxumalarda yığılan toksinləri orqanizmdən ataraq dərinin artıq maddələrdən təmizlənməsini təmin edir. 
Saç üçün təbii maska
 
Saçlarınızın tökülməsinin qarşısını almaq və daha həcmli görünmələrini təmin etmək üçün bu təbii maskanı tətbiq edin! 1 paket yaş mayanı, 1 çay qaşığı süd və 1 çay qaşığı süzmə və ya balla qarışdırın, saç tellərinə və saç diblərinə masaj edərək sürtün. 15 dəqiqə gözləyib əvvəl ilıq, sonra soyuq su ilə yuyun.
Mayanın saçlara faydası

Mayanın tərkibi, saçların tökülməsinin qarşısını alan və sağlam uzanmasına kömək edən maddələr vardır. Maya, xüsusilə B5 vitamini ilə zəngindir. B5 vitamini, saç sağlamlığı üçün çox əhəmiyyətli olan keratin meydana gətirir. Keratin, saçların tökülməsinin qarşısını alıb, daha həcmli və gur görünməsini təmin edir.

 
Əllər üçün təbii maska
 
Əllərinizin yumşaq olması, yaraların sürətlə yaxşılaşmasını və dırnaqlarınızın sağlam uzanmasını istəyirsinizsə, tam sizə görə bir maska! 1 çay qaşığı yaş mayanı, 2 xörək qaşığı südlə qarışdırın, hazırladığınız bu təbii əl kremini əllərinizə masaj edərək yedirdin. 10 dəqiqə gözləyib ilıq su ilə yuyun.
Mayanın əllərə faydası
 
Yüksək dozada zülal ehtiva edən maya, dəri toxumalarının yenidən bərpasını təmin edir. Dərinin daha gözəl və hamar görünüşünə köməkçi olur. Zülal, xüsusən dərinin oksigen almasınıda və qidalanmasında iştirak edir.
Əvvəlki məqaləQocalmanın qarşısını almağın çox sadə üsulları
Növbəti məqalədəBu 8 ədviyyat sizə arıqlamaqda kömək edəcək