Qocalmanın qarşısını almağın çox sadə üsulları

 

Heç kim yaşlanmaq istəmir, xüsusilə də xanımlar. Bunları nəzərə alıb qocalmanın qarşısını almanın üsullarını təqdim edir…

Gündəlik yeməyinizə kalsi daxil etmək

Kalsi sümükləri möhkəmləndirir, güc və sağlamlıq verir. Alimlər iddia edirlər ki, 30 yaşa qədər insanın sümükləri möhkəmlənir. Bu səbəbdən də prosesə yardımçı olmaq üçün kifayət qədər kalsi qəbul etmək lazımdır. Ən yaxşısı süd və əlavəsiz, təbii süd məhsulları qəbul etməkdir.

Üz dərisini Günəş şüalarından qorumaq

Bu üsul sürücülər üçün daha önəmlidir. Elmi cəhətdən təsdiq olunub ki, sürücülərin üzlərinin sol tərəfləri sağ tərəflə müqayisədə daha tez qocalır. Bu da Günəş şüalarının mənfi təsirləri ilə əlaqədardır. Günəş şüalarından qoruyan kremlərdən istifadə vacibdir. Bundan başqa, dəriyə daim birbaşa günəş şüalarının dəyməsinə də mane olun.

Yetərincə meyvələrlə qidalanmaq

Meyvələr dəriyə günəş şüalarının mənfi təsirini azaldır. Qırışmanın qarşısını alır. Təzə meyvə və tərəvəzlər A vitamini ilə zəngin olur. Bu da dəri hüceyrələrinin bərpasına yardımçı olur.

Omeqa-3 yağ turşularından istifadə etmək

Omeqa-3 yağ turşuları beyini qoruyur, qocalmasının qarşısını alır və yaddaşı gücləndirir. Bu turşular balıq yağında və dəniz məhsullarında zəngin olur.

Qəhvə və qazlı içkilərdən imtina

Qəhvə və qazlı içkilər dəri, saç və dişlər üçün əsl zəhərdir. Bu cür içkiləri su və ya yaşıl çayla əvəzləsəniz, yaxşıdr.

Azadqadin.az sizə daima gənc və gözəl olmağı arzu edir.

Əvvəlki məqaləƏllərinizi gəncləşdirməyin yolları
Növbəti məqalədəMayanın gözəlliyə faydaları