pəhrizPandemiyaya görə karantin rejimi və özünütəcrid insanlarda artıq çəki problemi yaradıb.
Britaniyanın “Cambridge Weight Plan” mərkəzinin dietoloqları 14 gün ərzində artıq çəkidən qorunmağın yolunu göstərib.
Mütəxəssislər bildiriblər ki, britaniyalıların böyük hissəsi karantində artıq çəki toplayıb. Buna səbəb az hərəkət, daha çox qida qəbulu, spirtli içkinin daha artıq istehlakıdır.
Bunun qarşısını almaq və artıq çəkidən xilas olmaq üçün mütəxəssislər ilk növbədə yarımfabrikatlardan və restoran yeməklərindən vaz keçməyi məsləhət görür. Əsasən Aralıq dənizi pəhrizinin 14 gün ərzində artıq çəkidən xilas olmağa şərait yaradacağı bildirilir.
Bu pəhrizdə balıq, toyuq əti, yumurta, lobya kimi qidaların qəbuluna üstünlük verilir. Yeməkləri zeytun yağında bişirmək lazımdır. Meyvə-tərəvəzdən də çox istifadə olunmalıdır. Tərəvəzi meyvəyə nisbətən daha çox yemək lazımdır. Kartofdan ümumiyyətlə, imtina olunmalıdır. Gün ərzində 2 litr su içilməli, bitki çaylarına üstünlük verilməlidir. Alkoqoldan imtina olunmalı, duz və şəkər menyudan çıxarılmalıdır.
Dietoloqlar bildirir ki, yemək vərdişlərinin kəskin dəyişməsi stressə səbəb ola bilər. Buna görə də gündə 10 dəqiqəni rahatladıcı hərkətlərə ayırmaq lazımdır. Bu pəhriz iki həftədən artıq davam də bilməz. Daha sonra 2 və ya 3 dəfə az miqdarda şirniyyat yemək və bir bakal pivə içmək olar.

Əvvəlki məqalə1 manatlı resept sayəsində piylərdən azad ol
Növbəti məqalədəArıqladan və xərçəngi müalicə edən ədviyyat