Qadının işləməsində zərurət olmadığı təqdirdə, ən yaxşısı, hətta ideal variant qadının analıq rolunu ön planda tutmasıdır. Əgər qadın təhsillidirsə, bu o demək deyil ki, qadın mütləq işləməlidir. Təhsil həyatı və cəmiyyəti-kütləni tanımaq və sosiallaşmaq üçün də vacibdir. Qadının oxuyub təhsil alması, amma analıq rolunu aşağı səviyyədə görməməsi ideal bir baxış tərzidir.

İş qadını olmaq, yoxsa evdar xanım

Yoxsa gün ərzində işləyib evə gələndə də təlaş içində ev işlərini görən qadın uşaqlarına nə qədər analıq edə bilər? Səhər tezdən məktəbə tək gedən, qayıdanda evdə onu qarşılayan olmayanda uşaq özünü necə ailəyə aid hiss edə bilər?

Belə bir vəziyyətdə ana da evdəki funksiyalarını lazımi dərəcədə yerinə yetirmədiyi üçün günahkarlıq və peşmanlıq hissləri keçirir.


Qadın özünü evində xoşbəxt hiss edəcək rola sahib olmalıdır. Ancaq işləmək məcburiyyətindədirsə, onda kişi yoldaşının evdəki rolunu paylaşmalı, məsuliyyətin bir hissəsini ələ alabilməlidir və qadın uşağının yaxşılığını düşünərək hərəkət etməlidir.
“Yaxşı” uşaq yetişdirmək yaxşı iş qadını olmaqdan daha çətindir. Çünki, ev xanımının elədiyi işin nəticəsi tez bir zamanda görünmür. Ancaq bir iş yerində işlədikdə maaş, kariyera kimi bir çox nəticələr gözə çarpır.
Unudulmamalıdır ki, ev xanımlığının qiyməti illər sonra yetişdirilən fərdlərdə ortaya çıxır. Ev xanımlığını kiçiltmək, aşağı səviyyədə görmək heç də düzgün deyil. Bu rolu kiçiltdikdə qadın bu roldan uzaqlaşır.
Insanlığın gələcəyini vicdanlı, yaxşı yetişdirilmiş uşaqlar quracaqlar. Amma bunun olmasına mane olacaq düşüncələrə aldanmaq insanlığın gələcəyi üçün böyük bir təhdiddir.
Əvvəlki məqaləHər adamla öpüşməyin – Öpüşlə keçən dəhşətli viruslar
Növbəti məqalədəLüt yatmaq hormonal balansı və intim münasibətlərə xeyirdir