“Saqqız çeynəmək insanı arıqlada, stressin öhdəsindən gəlməyə kömək edə və yaddaşı gücləndirə bilər”.

Bunu Moskvanın Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova deyib.

“Saqqızın insan çəkisini azaltmasına dair məlumatlar var. Ancaq düşünməyin ki, saqqız vasitəsilə heç bir əziyyət çəkmədən arıqlaya bilərsiniz. Bununla belə, bəzi insanlarda saqqızın mütəmadi çeynənməsi iştahın azalması, daha az qəlyanaltı etmək ilə nəticələnib. Buna səbəb ağızın məşğul olması, həmçinin dadbilmənin dəyişməsidir”, – mütəxəssis bildirib.

Bundan başqa, çeynəyici əzələlərin işləməsi əlavə kalorilər yandırır, davamlı təkrar edilən hərəkətlər isə insanın emosional durumunu stabilləşdirir.

Məlumata görə, 15-20 dəqiqə saqqız çeynəmək qısamüddətli yaddaşa yardımçı ola bilər.

Lain müsbət cəhətlərlə yanaşı, saqqızın mənfi təsirləri də mövcuddur. Məsələn, daimi saqqız çeynəmək artikulyasiya pozuntusu, plomb, diş tacı, vinir və implantları dağıda bilər.

Saqqız çeynəmək üçündür. Lakin bəzən bilmədən udduğumuz da olur. Bu xüsusən də uşaqlarda baş verir. Udulan saqqızlar bədəndən on il ərzində xaric edilir. Kiçik uşaqlar üçünsə təhlükə daha böyükdür. Udulan saqqız həzm sistemində on il qalır. Bu da bağırsaqlarda ciddi dəyişikliklərə səbəb ola bilər. Tibb kitabları da udulan saqqızların bir çox problemə səbəb olduğunu yazılır.
“Pediatrics”də 1998-ci ildə dərc edilən bir məqalə üç müxtəlif hadisəni ən pis nümunələr olaraq sıralayır. Birincisi, iki yaşından bəri saqqız çeynəməyi çox sevən 4.5 yaşındakı bir oğlanı izah edir. Ailəsi vəziyyətə müdaxilə etdiyində uşaq saqqızın sayını 7-yə çıxarmışdı. Həkimlər uşağın boğazını tıxayan kütləni əllə çıxarmaq məcburiyyətində qaldılar.
İkinci hadisə də yenə 4 yaşında gün içərisində çox sıx saqqız çeynəyən bir uşaqla əlaqəlidir. Digər saqqızı çeynəyə bilmək üçün çeynədiyini udan uşağın mədəsində müxtəlif saqqızlardan çoxrəngli bir kütlə meydana gəldi və həkimlərin təcili müdaxiləsi zəruri oldu.
Son hadisə isə nizamlı saqqız çeynəyən 1.5 yaşındakı bir uşağı izah edir. Kiçik qız çeynədiyi saqqızın içərisinə 4 ədəd xarab pulu əlavə edincə təcili xəstəxanaya qaldırılıb.
Bunlar milyonlarla hadisədən yalnız üçüdür. Əsrlərdir çeynənən saqqızlar səhvən udula bilər. Araşdırılan qətran yığınları isə saqqızın ilk olaraq miladdan əvvəl 7000-ci ildə Şimali Avropada, xüsusilə də 6-15 yaş arasında çeynəndiyini göstərir.
Keçmiş yunanlıların nəfəslərini təzələmək üçün ağaclardan əldə etdikləri saqqızı ədviyyatlayaraq çeynədikləri bilinir. İngilis koloniyaları isə ABŞ-a yerləşdiklərində qitənin yerlilərindən bu ənənəni götürür. Saqqızın müasir vəziyyətinə qovuşması isə bir mühəndislik səhvi nəticəsində meydana gəlir.
XIX əsrdə ağacdan əldə edilən lateks adlı maddə şinə ekvivalent bir maddə olaraq qəbul edilir. Maddə avtomobil şinlərində istifadə edilməsə də, bəzi xüsusiyyətləri diqqəti cəlb edir. Quruduğunda su içərisində həlledilmir və tam bir plastikdir. Meksikanın sürgündəki keçmiş lideri Antonio Lopez de Santa Anna Tomas Adams 1871-ci ildə uzun müddət tapdalana bilən və parafin ilə dadlandırılmış ləzzətli bir saqqız istehsal edərək patentini alır. Vriqli isə saqqızı bugünkü məhşurluğuna qovuşdurur

 

 

Mənbə: