Kosmetik vasitələr qadınları gözəl göstərə bilər, ancaq düzgün istifadə edilməyəndə xoşagəlməz nəticələrə səbəb olar.
Kosmetika istifadəsindəki səhvləri təqdim edirik:
- Kosmetikanı təmiz əllərlə dərinizə vurun.
- Kosmetik vasitələri quru, günəş işığından uzaq, qaranlıq yerdə ağzı bağlı saxlayın.
- Onları ancaq özünüz istifadə edin, başqaları ilə paylaşmayın.
Kosmetik məhsulları bir-biriləriylə qarışdırıb “yeni məhsul” əldə etməyə çalışmayın. - “Yeni məhsul”unuz heç bir keyfiyyət standartına cavab vermədiyi üçün məsləhətli deyil.
- Bitmiş şampun, bədən geli, üz təmizləmək üçün vasitələrinizə su doldurub işlətməyin. Bunun heç bir mənası yoxdur, su doldurmaqla o məhsulu tamamilə məhv edirsiniz, sizə faydası olmaz.
- Aldığınız vasitələri təyinatı üzrə istifadə edin. Dodaq boyasını ənlik kimi, yaxud dodaq qələmini göz qələmi kimi deyil.
- Kosmetik vasitələrin son istifadə tarixlərinə mütləq diqqət edin.
- İstifadə tarixi keçən şeyləri atın. Göz qələmlərinizi açandan sonra ən çoxu 3 ay işlədin.
- Dərinizin xüsusiyyətinə uyğun məhsullar alın. Quru və ya yağlı dərilər üçün olduqlarına fikir verin.
- Onları inandığınız yerlərdən alın.
- Makiyajınızı gecə mütləq təmizləyib yatın.