sağlamlıq

Koronavirus infeksiyasının ən ağır fəsadlardan biri qanı laxtalanmasının pozulması və trombların əmələ gəlməsidir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətininin (NHS) professoru Beverli Xant bildirib ki, “ağır koronavirus xəstələrinin qanı çox “yapışqandır” və bu da trombların inkişafına səbəb olur”.

Xarici KİV-lərə istinadla bildirir ki, professor Xantın sözlərinə görə, koronavirus zamanı damarlarda qan laxtaların əmələ gəlməsinin riskini azaltmaq üçün infeksiyaya tutulmazdan əvvəl bəzi profilaktik tədbirləri görmək lazımdır.

“Karantin zamanı bir çox insanlar az hərəkət edir və bu çox pisdir. Əgər siz evdən işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxın və hərəkət edin. Bu trombların qarşısını almaq üçün çox vacibdir. Bundan əlavə insanlar düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir. Məhz susuzlaşma damarlarda trombların əmələ gəlməsinin əsas risk faktorlarından biridir” – professor bildirib.

Professor Xant xəbərdarlıq edib ki, qidalanmada sadə karbohidratlar, şirniyyatlar, qızardılmış ət, marqarin, duzlu və hisə verlmiş qidaların çox olması qanı qatılaşdırır və trombların əmələ gəlməsinin riskini artırır. Əksinə isə meyvə-tərəvəz, göyərtilər, balıq qanı durultmağa yardım edir.

Əvvəlki məqaləSaçların tökülməsini azaltmaq üçün tövsiyyələr
Növbəti məqalədəAna südü – dağ çiçəyi