Həm kişilər, həm də qadınlar öz fikirlərini, hislərini və emosiyalarını sözlə ifadə edirlər, ancaq bəzən bir-birini anlamaqda çətinlik çəkirlər. Buna səbəb məntiq və düşüncənin fərqli olmasıdır. Şərti olaraq alimlər bunu kişilərə xas olan rasional düşüncə və qadınları fərqləndirən emosional və ya intuitiv düşüncəyə bölürlər.
Kişilər və qadınlar məntiq məsələlərini necə həll edirlər?
Hər insan individualdır, ancaq bununla belə mütəxəssislər qadın və kişini ayıran müəyyən davranış tərzinin olduğunu bildirir. Bu fərqlilik bir-birinin düşüncəsinin seçildiyini anladıqları halda, iki cinsin nümayəndələrinin münasibətlərinə mənfi təsir göstərmir. Kişi və qadın məntiqinin əsas fərqinin nədən ibarət olduğunu dərk etmək üçün məntiqin nə olduğuna diqqət yetirmək lazımdır. Məntiq intellektual fəaliyyətin qanunlarını, düşüncənin xüsusiyyətini öyrənən elmdir. Həyatımızın müxtəlif sahələrinə dair qərarlar qəbul edərkən, biz öz məntiqimizə söykənirik. Qadınlar və kişilər məhz bu amilə görə əhəmiyyətli dərəcədə seçilir.

Görmə-məkan qabiliyyəti

Kişilər əsasən strateji məsələləri həll etməli olurlar və məhz bu səbəbdən onlarda daha çox abstrakt düşüncə inkişaf edib. Qadınlar isə təbiətlərinə görə nəzakətlidirlər və öz fikirlərini müəyyən məsələlər üzərində cəmləyirlər. Qadınlar üçün işarələr və rəmzlər əsasdır. Naməlum yerdə kişi yolu xəritə ilə, qadın isə müəyyən oriyentirlərlə (misal üçün sarı bina, mağaza) axtarır.

Düşüncə

Əgər kişilər hər hansı qərarı qəbul edərkən öz ağlını rəhbər tutur və rasional hərəkət edirlərsə, qadınlar, bunun əksinə olaraq, hər davranışında intuisiyaya etibar edirlər. Məntiq nöqteyi-nəzərindən məntiqsiz görünsə də, qadınlar doğru qərar qəbul etməyə müvəffəq olurlar. Bəs qadınlar bunun necə bacarır? İntuisiya və “onlara xas olan məntiq” qadınlara arzu olunan nəticəni əldə etməyə kömək edir.
Kişilər hər hansı qərarı qəbul edərkən, öz ağlını işə salır və onların davranışları rasionaldır. Dəqiq faktlar olmasa, onlar heç bir qərar qəbul etmirlər. Hər vəziyyəti götür-qoy edərkən, kişi ümumi situasiyaya arxalanır. Kişi məntiqi və “emosionallıq” bir-birinə zidd anlayışlardır. Kişi və qadın arasında fərqlər və ziddiyyətlər məhz burada başlayır.

Bir neçə işi eyni görmək

Hətta qərarı qəbul edərkən vaxtda qadın eyni vaxtda telefonla danışa, bir əl ilə şorbanı qarışdıra, digər əli ilə isə uşağı yırğalaya bilir. Kişi isə öz fikrini bir problemə cəmləyir və hər hansı hərəkət onu yayındıra bilər. Buna görə qadınlar hətta qeyri-standart vəziyyətdən asanlıqla çıxış yolu tapır, kişilər isə buna daha çox vaxt sərf edirlər, lakin onların yekun nəticəsi daha obyektiv olur.

Hərfilik

Qadınlar ümumiləşdirməyə və ifratçılığa meyillidir. Kişi ilə söhbətdə qadın tez-tez “heç vaxt”, “ömürlük”, “həmişə” sözlərini işlədir. Əslində o, “indi” və ya “indiki məqamda” nəzərdə tutur. Kişi isə bu dolaşıqlığa hazır deyil və hər şeyi hərfiyyən anlayır, çünki ümumiləşdirmələr kişilərə xas deyil.
Qeyd etmək lazımdır ki, qadın və kişi məntiqi arasında dərin uçurum yoxdur. Düzdür, kişi orta statistik qadının düşüncə tərzini anlamaqda çətinliklə üzləşir, halbuki qadın kişinin məntiqi quruluşlarını daha yaxşı qavrayır. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, kişi öz təyinatını, qadın isə, öz növbəsində, zərifliyini qorumalıdır. Onlar təbiətlərinə görə fərqlidir və yalnız qarşılıqlı əlaqədə olaraq bir-birini anlamağa nail ola bilərlər.

Məqsədə çatma yolları

Qadınlar, adətən, maksimum proqrama köklənir. Onlar ara məqsədlərə fikir verməyərək, son nəticəyə doğru gedirlər. Bununla belə, qazanılmış nəticədən məmnunluq hissi uzun sürmür. Başqa hədəf yaranır və onlar artıq başqa, daha böyük zirvələrə doğru gedirlər.
Kişilərin həyatında minimum proqram prioritet əhəmiyyət daşıyır. Düzdür, onlar üçün də son məqsəd olduqca önəmlidir, ancaq yenə də ara məqsədlərə və onlara çatmağın üsullarına daha çox cəmlənirlər. Onu da qeyd etmək lazımdır ki, ətraf amillərin ara nəticələrə göstərdiyi təsirdən asılı olaraq, son məqsəd dəyişə bilər.
Əvvəlki məqaləAc mədəyə çiy su için! Bu müalicə üsulunun İNANILMAZ FAYDALARI
Növbəti məqalədəGöz qələmi haqda bilmədikləriniz