Yəqin ki, hamımız etiraf edərik ki, gəlinlikdə gözəl görünməyən qadın yoxdur. Və əlbəttə ki, bütün qadınların ən gözəl görünmək istədikləri gün şübhəsiz ki, toy günüdür. Gəlin olmağa namizəd hər bir xanım ən gözəl gəlinliyi geyinməyi xəyal edir.
Livanlı dizayner Zuhair Murad-ın 2014/15 gəlinlik kolleksiyası nağıllarla ruhlanan siluetləri ilə bir röya kimidir. Şəffaf tüldən, zərif tül və işləməli güpürdən hazırlanan bu donlar gəlin olmağa hazırlaşan xanımların ürəyini fəth edəcək.
Mənbə: FOXY.AZ elektron qadın jurnalı