gözəllikDodaqlar da üz və əllər kimi qulluq tələb edir. Dodaqların dərisi zərif olduğundan tez-tez quruma və qabıqvermə müşahidə olunur. Bunun üçün kosmetoloqlar dodaqlara qulluq etmək üçün bəzi maskalardan istifadə etməyi tövsiyyə edirlər.
Maska 1
½ çay qaşığı kəsmik və ya süzmə və 1 çay qaşığı yağlı qaymaq qarışdırılaraq dodaqlara sürtülür.15 dəqiqədən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyərək dodaqlara vazelin çəkin.
Maska 2
1 çay qaşığı xamanı bir neçə damcı limon şirəsi və bitki yağı ilə qarışdırın və dodaqlarınıza çəkib 20 dəqiqə saxlayın.
Maska 3
1 çay qaşığı əzilmiş kivini 1 çay qaşığı çaytikanı yağı ilə qarışdırın və alınan qarışığı dodaqlarınıza çəkib 10 dəqiqə gözləyin.
Maska 4
Dodaqlarınıza bal sürtərək 20 dəqiqə gözləyin.
Maska 5

1 neçə damcı kök şirəsi, xiyar şirəsi, bal və xama ilə qarışdırılaraq təmizlənmiş dodaqlara sürtülür, 10-15 dəqiqə saxlanılır.

Əvvəlki məqaləBu 3 hərəkətlə ideal yan əzələlərinə sahib olacaqsınız
Növbəti məqalədəİdman zalına getmədən, halqa ilə iki həftəyə incə bel