Qida nəzarəti.

Marketlər bir çox ərzalarla doludur, lakin sizin seçiminiz “ağıllı” qidalardan ibarət olmalıdır. 

Süni dadlandırıcılardan, işlənmiş qidalardan, dondurulmuş yeməklərdən uzaq durun.

Siqareti buraxmaq.

Siqaret, böyrəklərə qan axışını yavaşladaraq böyrəklərin işləməsinə mənfi təsir edir. 

Böyrək sağlamlığı üçün siqaretdən uzaq durun.

Tibbi testlər.

30 yaşından sonra nizamlı olaraq hər il test etdirilməlidir. 

Beləcə, bütün orqanların işləməsi nəzarətimiz altında olacaq. Hər hansısa bir problem olarkən müdaxilə edə biləcəyik.. 

Xüsusilə, ailəsində böyrək xəstəlikləri olanlar daim həkim nəzarətində qalmalıdır.

Qan təzyiqi.

Böyrəklərin qan təzyiqini düzəltməsi rolu səbəbiylə, təzyiqin nəzarət altında tutulması əhəmiyyətlidir. 

Yüksək qan təzyiqi böyrəklərin fəaliyyətinin pozulmasına səbəb ola bilər.

İdman.

İdman insan həyatında çox mühümdür. 

Böyrəklər də daxil, bədənin hansı orqanın sağlamlığı söz mövzusu olursa olsun, orqanların nizamlı işinin yolu məşq etməkdən keçər. 

İdmanı yaşamanızın bir parçası halına gətirmənizi tövsiyyə edirik, ən azından hər gün heç olmasa yarım saat idman etməliyik.

Bol su içmək.

Böyrəklərin düzgün işləməsinin təmin edilməsi maye ilə də mümkündür. 

Az su içmək böyrəklərin üzərindəki təzyiqi artıraraq sağlamlıq problemlərinə yol aça bilər.

Əvvəlki məqaləSuyun bilmədiyimiz faydaları…
Növbəti məqalədəGöz makiyajı edərkən diqqət