Aspiratorun mətbəxiniz üçün önəmi

Müasir mətbəxləri bu cihazsız təsvir etmək mümkün deyil .Aspiratorlar mətbəxdə havanın təmizlənməsi, iylərin və dumanın yox olması üçün bir cihazdır. Yemək bişirən zaman mətbəxdə qoxu və buxarlanma yaranır, və nəticədə buda diskomfort yaradır. Həmçinin yaranmış nəm buxar sizin mebellərinizə və mətbəxdə olan elektrikli cihazlarınıza zərər vurur. Belə halların aradan qaldırılması üçün aspiratordan istifadə etmək vacibdir. O buxar və artıq istiliyi çəkir, və bununla yol verilən temperaturu saxlanmasına kömək edir.

Aspiratorların işləmə mexanizmi

Aspirator bişirmə zamanı əmələ gələn buxarları onların sonrakı hərəkəti üçün ventilyasiya kanallarına ötürür. Hər bir model qabarit ölçülər, ötürmə qabiliyyəti və idarə etmə üsülu ilə fərqlənir. Bununla yanaşı aspiratorun eni bişirmə panelin eni ilə eyni olmalıdır, çünki əks halda buxarların çəkilməsi azalır. Bu hava səfi ilə bağlıdır.

Aspirator seçimi

Seçim edərkən cihazın idarəetmə növünə diqqət yetirin. Siz avadanlığın bu iş idarə etmə variantlarını seçə bilərsiniz:

  • toxunma vasitəsi ilə (sensorlu);
  • düymənin basılması ilə (düyməli);
  • üfqi mexaniki keçiricilər ilə (slayder).

Bundan başqa işləmə rejimlərin sorucu və ya filtrasiyalı olduğunu dəqiqləşdirməyə dəyər. Filtrasiya iş rejimli aspiratorun fərqi təmizlənmədən sonra havanın yenidən otağa buraxmasındadır. Hava bu kimi təmizlənmə mərhələlərini keçır: kömürlə incə təmizləmə, kobud təmizləmə – metal torda vasitəsi ilə hissəciklərin toplanma və onların yuyulması.
Sorucu rejimdə isə buxarı və havanı bacadan keçməklə mənzildən kənara çıxarır.Bizim onlyan mağazamızda sizlər üçün münasib qiymətə, müxətlif rəng və dizaynda olan düz, çətir formada, teleskopik, T-formalı, künc üçün olan aspiratorlar geniş asortimentdə təqdim olunub.

Əvvəlki məqaləKoronavirusun ağır fəsadlarından qoruyan QİDALAR
Növbəti məqalədəNamaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?