islam

Qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsusəndə ailəli qadınlar, öz həyat yoldaşları üçün bəzənməlidir.

Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək lazım gələcək.

Lakin, heyzli vaxtı qadınlar dəstəmaz alıb namaz qılmadıqlarına görə heyzdən təmizlənənə qədər lak vura bilərlər. Xalid ibn Sədan (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi”. (Əbu Davud, 173).

Əvvəlki məqaləAspiratorun mətbəxiniz üçün önəmi
Növbəti məqalədəPandemiya zamanı virusa qarşı ən güclü immunitet