Kökəlmə süni qidalardan və içkilərdən aşırı istifadə nəticəsində orqanizmdə şlakların (zir-zibilin) yığılıb qalmasının nəticəsidir. Tədricən bu şlaklar orqanizm ücün zəhərli maddələrə çevrilir. Artıq çəki bir çox xanım üçün gerçək mənada problemə çevrilib. Bir çoxumuz müxtəlif dietlərlə buna nail olmağa çalışırıq.

 

Amma nəzərə almaq lazımdır ki, həkim nəzarəti olmadan, kor-koranə pəhriz saxlamaq sağlamlıq üçün zərərlidir, hətta həyatınız üçün təhlükəlidir. Ölümlə nəticələnən belə pəhriz olaylarına Türkiyə telekanallarında hər gün rast gəlirik.

 

Bəs sağlamlığa zərər vermədən necə arıqlamaq olar? Ümumiyyətlə, yeyərək arıqlamaq olarmı?

 

 

1. Yağlı və şirin qidaları maksimum azaltmaq

2. Qızardılmış yeməklər yeməmək

3. Süni qidalardan və içkilərdən imtina

4. Tez-tez qazsız su içmək

5. Mümkün qədər çiy şəkildə qidalanmaq

6. Çoxlu qatıq və meyvə-tərəvəz yemək

7. Çörək, duz, şəkəri azaltmaq

8. Çox çeşiddə ədviyyatlardan istifadə etmək

9. “Fast-food”dan imtina

10. Hər gün limon, kələm, sarımsaq yemək

11. Ət, yumurta və süd məhsullarından imtina (qatıqdan başqa)

12. Tez-tez ilıq su ilə yuyunmaq

13. Açıq havada gəzmək

14. Heç bir halda əsəbiləşməmək

15. Günəş vannası qəbul etmək (12-17 arası istisna)

16. Yalnız taxt çarpayıda və arxası üstə yatmaq

17. Sutkada 7 saatdan artıq yatmamaq

18. Yüngül gimnastika və qaçış

19. Kosmetikadan istifadəni minimuma endirmək

20. Xəstələndikdə ilk növbədə təbii müalicəyə üstünlük vermək

 

Qeyd edək ki, göstərilən şərtlər dahi yapon alimi, dünya şöhrətli dietoloq Katsuzdo Nişinin sağlamlıq sistemi əsasında hazırlanıb. Dünyada məhşur “Natural gigiyena” hərəkatı da bu qaydalara istinad edir. Bu qaydalara əməl etmək insanı təkcə arıqlatmır, həm də sağlam saxlayır.

Arıqlamaq üçün zorakı üsullardan istifadə ağır fəsadlara, hətta ölümə gətirib çıxarır. Bu qaydalar isə, yoqa sisteminə aiddir və çox effektlidir. Hazırda inkişaf etmiş ölkələrdə sağlam həyat tərzinin və normal çəkinin əldə edilməsində bu tələblərin əvəzedilməz önəmi olduğu qəbul olunur.

Əvvəlki məqaləHamiləlik zamanı cinsi əlaqənin uşağa faydalı olduğunu bilirdinizmi?
Növbəti məqalədəNələr dişəti xəstəliklərinə səbəb olur?