Dişlər düzgün təmizlənmədiyində, üstlərində və aralarında yığılan qida artıqları, bakteriyalar əmələ gəlir. Bakteriya ərpi dediyimiz bu yumşaq yığıntı, diş çürüklərinin və dişəti iltihabının başlıca səbəbi olub, zamanla ağız suyunun bunlarla birləşməsi nəticəsində diş daşlarını əmələ gəlir.
Bakteriyal ərpin içində əmələ gələn mikroorqanizmalar, şəkərli qidaları parçalayaraq turşu əmələ gətirirlər. Və bu turşu, dişin kiçik bir hissəsindən başlayaraq daha da böyüyərək dişi çürüdür. İrəliləmiş problemlərdə dişin çəkilməsi məcburi ola bilər.
Dişəti iltihabının ilk simptomu dişətindəki qanamalardır. Dişətlərində rəng, forma problemləri və ağız qoxusu əmələ gəlir. Dişəti iltihabının səbəb olduğu diş itkiləri, çürüklərin səbəb olduğu diş itkilərindən daha çoxdur. Əvvəla bunu vurğulamaq lazımdir ki, sağlam dişəti açıq qırmızı rəngdədir. Dişə və sümüyə möhkəm yapışmışdır, portağal qabığına oxşar parlaq – girintili-çıxıntılı bir görünüşü vardır.

Diş əti xəstəliklərinin simptomları :

Diş əti xəstəliklərinin ilk və ən əhəmiyyətli simptomu dişəti qanamasıdır. Sağlam dişəti qanamaz
Diş ətlərində şişmələr, qızarmalar olursa,
Diş ətlərində çəkilmələr və açığa çıxan kök səthlərində  həssaslıqlar olursa,
Dişəti kənarlarında və ya dişlər arasında, diş daşlarına bağlı olaraq əmələ gələn qara ləkələr görünürsə,
Diş ilə dişəti arasından iltihab axırsa,
Dişlərdə laxlamalar, uzanmalar və dişlər arasında açılmalar olursa,
Ağızda daimi bir pis qoxu və pis dad hissi var isə,

Çox geçikmədən bir diş həkiminə muraciət edip müayinə olmaq lazımdır.

Nələr dişəti xəstəliklərinə səbəb olur?

 

Dişəti xəstəliyinin əsas səbəbi bakteriya ərpi deyilən dişə möhkəmcə yapışan, yapışqan şəffaf bir təbəqədir. Dırnağınızla dişinizin üzərinə sürtərək ərpi hiss edə bilərsiniz. Ərpin bir milliqramında 200 ilə 500 milyon arasında bakteriya tapılır. Bunun yanında aşağıdakı faktorlar da dişəti sağlamlığınıza təsir etməkdədir.

 

·      GENETİK FAKTORLAR. Edilən araşdırmalara görə %30 nisbətində genetik bir uyğunluq vardır. Ayrıca ağız baxımının pis olması ilə dişəti xəstəliyinin inkişaf ehtimalı 6 qat daha artar. Ailədə dişəti problemi olan bir adam var isə mütləq bir dişəti mütəxəssisində siz də müayinə olunun.
·      SİQARET. Hamımızın bildiyi kimi siqaret xərçəng, ağciyər, ürək xəstəlikləri kimi bir çox əhəmiyyətli narahatlıqlara səbəb olar. Bütün bunların xaricində ağız içi mukozası və dişətləri üçün də çox zərərlidir. Dişətlərinin yumşalmasına və dişəti xəstəliklərinin inkişafına səbəb olar.
·      DƏRMAN İSTİFADƏSİ. Doğum idarə həbləri, anti-depresantlar, ürək dərmanları ağız sağlamlığınıza təsir edər. Buna görə bu dərmanlardan birini istifadə edirsinizsə  diş həkiminizin xəbəri olmalı və ağız gigiyenanıza ayrıca əhəmiyyət verin.
·      HORMONAL DƏYİŞİKLİKLƏR. Hamiləlik, menapauza, mensturasiya kimi hormonal dəyişikliklərin sıx olduğu dövrlərdə ağız gigiyenanıza ayrıca diqqət göstərməniz lazımdır. Diş ətləriniz bu dövrlərdə daha həssas olar. Diş əti xəstəliyinə meyillik artar.
·      STRESS. Hipertoniya, xərçəng kimi bir çox narahatlığın səbəblərindən biri olmasının yanında dişəti xəstəlikləri də risk faktorlarındandır. Araşdırmalar göstərmişdir ki periodontal xəstəliklərdə daxil olmaq üzrə stress bədənin infeksiyayla mübarizəsini çətinləşdirməkdədir.
·      DİŞ SIXMAQ VƏ YA GICIRDATMAK. Diş və dişəti arasındakı qüvvətin azalmasına səbəb olaraq periodontal toxumanın dağıtmasına səbəb olarlar. Diş ətlərindəki çəkilmənin bir səbəbi də diş sıxmaq. Mütləq gecə kappası geyinərək bu sıxılmanın dayandırılması lazımdır.
·      PİS QİDALANMA. Bədənin, immun (immunitet) sisteminin zəifləməsinə və buna bağlı olaraq, diş əti infeksiyası da daxil olmaq üzrə infeksiyalarla mübarizəsinin çətinləşməsinə səbəb olar.
·      DİABET-ŞƏKƏR XƏSTƏLİYİ Diabet xəstələri periodontal (diş əti) infeksiya baxımından yüksək risk qrupuna daxildir. Mütləq təkrarlanan diş əti problemini bir diş əti mütəxəssisinə (periodontolog) müraciət edərək ağız gigiyenalarına ayrıca diqqət göstərməlidirlər.
·      PİS DÜZƏLDİLMİŞ QAPAQ, KÖRPÜ VƏ PLOMBLAR Dişətinə basan və daşqın edilmiş plomb dişətlərində problem meydana gətirər.

Əvvəlki məqaləArtıq çəkidən şikayəti olan xanımların menyusuna
Növbəti məqalədəUltrabənövşəyi şüalardan necə qorunmalı?