Hamiləlik zamanı cinsi əlaqənin uşağa faydalı olduğunu bilirdinizmi?
Cütlüklər cinsi əlaqə zamanı çox vaxt qorunmağa üstünlük verirlər.
Buna səbəb qadının hamilə qalmamasıdır. Lakin həkimlər qadınların hamiləlik dönəmində də cinsi əlaqədə olmasına qarşı deyillər. Bunun heç bir təhlükəli tərəfi yoxdur. İlk müddətdə bu kimi bəzi fikirlər cütlüklər arasında qorxuya səbəb olur. Əksər cütlüklər bunun körpəyə ziyan verə biləcəyini düşünür. Mütəxəssislər isə əksinə hamiləlik zamanı cinsi əlaqənin qadına doğuş zamanında daha faydalı olduğunu deyirlər.
Hamiləlikdə cinsi əlaqənin bilmədiyiniz 5 faydalı tərəfini təqdim edirik:
1. Hamiləlik qadınları çox ciddi stressə sala bilir. Xüsusilə də ilk hamiləlikdirsə, qadınlar çox qorxur. Cinsi əlaqə zamanı orqazm stressi aradan götürməyə kömək edir. Belə ki, oksitosin və endorfin beyindəki həzz mərkəzlərini hərəkətə gətirir, bu da gərginlik, stressin aradan qalxmasına gətirib çıxarır.
2. Hamiləlik zamanı qadınlar istər ağrılardan, istərsə də orqanizmdə gedən müxtəlif dəyişikliklər səbəbindən yata bilmirlər. Yuxusuzluq problemi 9 ay boyunca onları narahat edir. Həkimlər bildirir ki, seks bütün bu yuxu problemlərini aradan qaldırmağa kömək edir.
3. Mütəxəssislər deyir ki, tez-tez immuniteti gücləndirmək üçün istifadə etdiyiniz dərman preparatlarının əvəzinə həftədə 2 dəfə cinsi əlaqədə olun. Elmi araşdırmalara görə, tez-tez sekslə məşğul olan insanlar daha az xəstələnir və gümrah olurlar. Çünki seks bədəndə xəstəliklərə qarşı mübarizə aparan antikor maddələrin sayını artırır.
4. Seks təzyiqi normal səviyyədə saxlayır ki, bu da uşağın və ananın sağlamlığı üçün önəmlidir.
5. Doğuma yaxın zamanlarda cinsi əlaqədə olmaq sancıların sürətlənməsinə səbəb olur. Belə halda cinsi əlaqə doğuşu irəlilədərək, ananın daha az əziyyət çəkməsini, uşağın isə dünyaya daha tez və rahat gəlməsini təmin edir.

Əvvəlki məqaləPayızda dəriyə necə qulluq etməli?
Növbəti məqalədəArtıq çəkidən şikayəti olan xanımların menyusuna