Yayın son amma ən isti ayını yaşayırıq. Belə istiləri hiss etmədən keçirtmək üçün sərin təamlara ehtiyac duyuruq. Elə bu dəfə “Qurman” rubrikamızda təqdim etdiyimiz desert kimi.
İçindəkilər
Krem – 500 ml
Armud – 2 ədəd
Xama – 3 x.q.
Şəkər – 100 qr.
Jelatin – 10 qr.
Şəkərqamışı – 2 x.q.
Vanil – 1 qr.
Kərə yağı – 10 qr.
Hazırlanması
Bir qaba otaq istiliyində olan kremi, xamanı, şəkəri və vanili əlavə edib blenderdən keçirdin. Jelatin şişsin deyə üzərinə bir az su tökün. Sonra mikrodalğalı sobada əridib köpük halına gətirin. Yaxşıca qarışdırıb soyuducuya qoyun. Armudu yuyub, qabıqlarını soyub, tumlarını təmizləyib xırda-xırda doğrayın. Yağı əridib armud və şəkərqamışını əlavə edib karamel rəngi alana qədər bişirin. Sonra soyumağa qoyun. Bütün bunlardan sonra köpüyü kremin üzərinə əlavə edin. Onların da üzərinə karamelləşmiş armudu qoyun. Sonra soyuducuda 30 dəqiqə saxlayıb üzərini şokoladla bəzəyib servis edin. Budur dadlı desertiniz hazırdır.
Nuş olsun!