Alma qabığının görünməyən faydalı tərəfləri

ABŞ da alma qabığındakı Triterpenoids adlı maddənin, laboratoriya mühitində xərçəng hüceyrələrinin çoxalmasına  maneə törətdiyi təsbit edildi .. Möcüzə maddənin adı qey etdiyimiz kimi Triterpenoidsdir.

Selçuk Universiteti Məram Tibb Fakültəsi Təcrübi Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Haqqı Gökbel, ABŞ-da alma qabığındakı  Triterpenoids adlı maddənin, laboratoriya mühitində xərçəng hüceyrələrinin çoxalmasına maneə törətdiyi  təsbit edildiyini söylədi.

Daimi olaraq qəbul edilməli

Alma qabığının görünməyən faydalı tərəfləri

Gökbel Dr. almanın sağlam həyat üçün imtina edilməz meyvələrdən olduğunu, ölkəmizin demək olar ki, hər yerində bol miqdarda yetişən almanın nizamlı olaraq qəbul edilməsinin, sağlamlıq baxımından faydalı olacağını söylədi.

Gökbel, ABŞ-ın tanınmış universitetlərindən Cornell Universiteti tədqiqatçılarının da, alma qabığındakı Triterpenoids adlı maddənin, laboratoriya mühitində xərçəng hüceyrələrinin çoxalmasını maneə törətdiyini dəqiqliklə vurğuladı.

Bundan əlavə…

*Alma qabığı öskürək üçün çox faydalıdır. Alma qabığı qaynadılaraq içilsə, sinəsi yumşaldar və bəlğəm gətiricidir. Bir almanın qabığını soyun, bir neçə də çəkirdəyini qoyun, bir azca cökə, bir az darçın qabığı, bir dilim də limon. Bunların hamısını qaynadıb, istəsəniz bal ilə dadlandırıb isti isti içə bilərsiniz. Uşaqlara isə ilıq vermək şərti ilə verə bilərsiniz.

* Alma qabığı almanın içindən daha çox antioksidana sahibdir. Şəkər xəstəliyinə qarşı həm bir qoruyucu, həm də şəkəri salıcı təsiri vardır. Bundan başqa xolesterolu da aşağı endirən bir təsirə sahibdir.

* Diş sağlamlığı üçün də alma qabığı çox faydalı. Dişləri təmizləyər və diş ətlərini gücləndirər.

 

PS. Mən həmişə almanın qabığını soyub yeyirdim. Anam “almanı soymadan qabıqlı şəkildə ye, onun vitamin qabığındadır” dedi “əşi qabıqdır” deyə üstündən keçirdim amma  zaman ötdükcə anladım ki, qabıqlı yeyilə biləcək meyvələri qabığını soymadan yemək daha məsləhətdir. Həmçinin də almanı.

 

Əvvəlki məqaləLinzaların seçimində nələrə diqqət etməliyik…
Növbəti məqalədəSeksin insan orqanizminə təsiri