Seks orqanizmimizə çox müsbət təsir edir. Və bu faktın bir çox təsdiqi vardır. Məhz seksdən sonra biz sanki yeniləşmiş kimi və güclə dolu oyanırıq. Seksual məmnunluq bizə bir çox müsbət emosiyalar bəxş edir və sağlamlığımızın yaxşılaşmasına səbəb olur. Bu necə baş verir?
Birincisi, seksi gimnastika əvəzi istifadə etmək olar. Necə deyirlər, xoş davranışı faydalı işlə birləşdirmək mümkündür. Sevgi ilə uzun müddət yaxşı tempdə məşğul olduqda insan trenajor zalında ki qədər enerji sərf edir. Bundan başqa, cinsi əlaqə zamanı kötük parçası kimi uzanmayaraq (xüsusilə bu qadınlara aiddir), əksinə aktiv hərəkət edərək arıqlamaq mümkündür. Qadınlar bunu nəzərə alsalar, onlar partnyorlarına nəinki əsl həzz hissi bəxş edəcək, 1-2 kq. ata biləcəklər. İş ondadır ki, aktiv fraksiya hərəkətləri edərkən insan öz ürəyini daha aktiv işləməyə məcbur edir, bu zaman çoxlu enerji sərf edilir və nəticədə piy hüceyrələri “yandırılır”. Bununla belə, sekslə məşğul olarkən çanaq, döş qəfəsi, əl, sağrı (yan) əzələləri yəni trenajor zalında səylə işlətdiyimiz əzələlər hərəkətə keçir. Seksin da faydası həmçinin ondadır ki. onunla məşğul olarkən insan orqanizmində doyma və rahatlıq hissi verən serotonin maddəsi emal edilir. Bu hissi biz dadlı və doyumlu yemək yeyərkən duyuruq.

 

Orqanizmin fiziki möhkəmləndirmə vasitəsi kimi seksin bir üstünlüyü də vardır: seks vətərlərin elastikliyini inkişaf elətdirir və onu cəsarətlə oynaq xəstəliklərin profilaktika vasitəsi adlandırmaq olar. Sekslə məşğul olma hərəkət iştirakçılarının gimnast elastikliyinə malik olmalı olduğunu güman edir o şərtlə ki, hər partnyor fiziki aktivlik göstərir.
Seks zamanı kişi testosteron hormonunun emalı yüksəlir, bu isə sümük və əzələlərin profilaktikasıdır. Bundan başqa, sekslə məşğul olan kişilərin daha güclü ürək əzələsi vardır, bu isə o deməkdir ki, onlarda infarkt əmələgəlmə təhlükəsi seksdən boyun qaçıranlarla müqayisədə daha aşağıdır. O ki qaldı qadınlara, onların da sekslə müntəzəm məşğul olmasında “xeyri ” vardır. Bu xoşa gələn hərəkətləri edərkən dəri , saç və dırnaqların vəziyyətini yaxşılaşdıran estrogen hormonun aktiv emalı baş verir.

 

 

İkincisi, seks insanın sinir sisteminə müsbət təsir edir. Bundan başqa, sekslə məşğul olarkən emosional vəziyyətimiz yaxşılaşır, seks vasitəsi ilə bu gün dəbdə olan xəstəlik olan depressiyadan azad ola bilərik. Demək olar ki, qadınların sinir sisteminə prostaqladin hormonu müsbət təsir edir. Bu hormon spermanın tərkibində vardır və cinsi akt zamanı o uşaqlıq yolunun divarlarına hopur. Əlbəttə bu sekslə qoruyucu asitələrsiz məşğul olduqda baş verir. əks halda bu gözəl effekt müşahidə edilməyəcək. Lakin qeyd etmək lazımdır ki, qoruma vasitələrsiz seks daimi partnyorlar arasında mümkündür. Bu halda kişi qadınla prostaladinlə bölüşə bilər və bu hormon qadının daha təmkinli və sakit olmasına səbəb olur. Demək lazımdır ki, qadında öz estrogen hormonlarını verərək borclu qalmır, onlar isə damar divarlarının əla möhkəmləndiriciləridir və trombların əmələgəlməsinə mane olur.

 

Seksi əla sakitləşdirici vasitə adlandırmaq olar. Uzun müddət sekssiz qalan qadının səbəbsiz əsəbi, təcavüzlü olması ,qıcıqlanması və onunla ünsiyyət qurmaq mümkün olmadığı hallı tez-tez müşahidə etmək olar. Və əksinə, qadının seksual həyatı düzəldikdə, o. dərhal sakit, xoşməramlı ünsiyyətcil olur. İş hormonlardadır. Cinsi hormonlar “sahibinin” özünü saxlaması ilə bağlı özlərini çıxış yolu tapmayaraq başqa nədəsə çıxış yolu axtarır. Məhz bununla uzun müddət seksi olmayan xanımların səs-küylü davaları və hər hansı bir narazılıq haqqında bəyanları bağlıdır. daimiliklə və müntəzəmliyi ilə seçilən seksual həyat insana seksual rahatlıq (boşalma) verir və o, çətin vəziyyətdə özünü ədəb hüdudlarında saxlayır, agressiyanı boğa bilir və ümumiyyətlə həyatın bütün təzahürlərində həzz alır.

 

Bundan başqa. sekslə məşğul olduqda sevinc hormonu endorfinin emal edilir. Bu hormonu həmçinin təbii narkotik adlandırırlar. Onun sayəsində orgazm zamanı həzz hissi duyuruq. Sevgi ilə məşğul olduqdan sonra biz tam rahatlıq və səadət hissi duyuruq. Bundan əlavə. endorfinin qanda yüksək səviyyəsi immunitetin möhkəmlənməsinə səbəb olur.

 

Və nəhayət, üçüncüsü, seksi ağrıkəsici vasitə kimi istifadə etmək olar.

Çoxları müşahidə edirlər ki, seksdən sonra uzun müddət əziyyət verən, rahat qoymayan ağrı harasa yox olur. İş ondadır ki, seksə məşğul olma başqa bir vacib oksitosin hormonunun emalına gətirir, bu hormon ağrıkəsici xüsusiyyətə malikdir. Belə ki, əziz xanımlar. əgər sizin həqiqətən başınız ağrıyırsa (və siz sadəcə ər-arvad münasibətlərindən boyun qaçırmaq üçün fürsət axtarırsınızsa) ən yaxşı üsul seksə məşğul olmadır, axı yaxşı seks başağrısından heç izdə qoymayacaq. Həmçinin siz ağrıdan yata bilmirsinizsə sekslə məşğul olun. Bu halda seks effektiv rol oynayacaq. Müntəzəm sekslə məşğul olma aksitosinin qanda yüksək miqdarın saxlanılmasına səbəb olur və bu ağrının təbii sərhədini azaldır.
Bundan başqa. unutmayın ki kişinin ömrünün uzunluğu onun nə qədər tez-tez və müntəzəm sekslə məşğul olmasından aslıdır. Kişinin cinsi həyatı tutumlu olmalıdır. Yaşlı dövrdə (45 yaşdan sonra) həftədə bir dəfədən az olmayaraq sekslə məşğul olursa o, daha uzun ömür yaşayır. Bu fakt alimlər tərəfindən çoxdan öz təsdiqini tapmışdır.

 

Sonda demək istəyirik ki öz imkanlarınız və partnyorunuzun tələbatı və imkanı arasında məntiqli kompromis tapmaq lazımdır. Az təsadüf edilmir ki kişi zəif cinsi konstitusiyaya malikdir və onun seksual qəhrəmanlıqları orta səviyyədədir. Qadını isə ondan imkanından kənar olan seks istəyir. Kişi Viaqra kimi stimullaşdırıcı vasitələrə əl atmalı olur. Bu isə orqanizm üçün çox ağırdır. Bu cür vasitələrin tez-tez qəbul edilməsini orqanizmin tükənməsinə gətirir. Belə ki, təkcə özünüz deyil yarınız haqqında düşünün. Bu halda seksual həyatınız harmoniya əldə edəcək və sizə xoşbəxtlik, sağlamlıq və bütün işlərinizdə uğurlar gətirəcək.
Əvvəlki məqaləAlma qabığının görünməyən faydalı tərəfləri
Növbəti məqalədəSubaylıqmı Sultanlıq yoxsa Evlilikmi ?