Çox adam öz göz rəngini bəyənməz ya da dəyişiklik istəyərlər. Cəmiyyətimizdə  rəngli göz sevdası hər kəsə məlumdur. Yaşıl ya da mavi gözlü olmaq sanki bir xüsusilikdir…
 Ancaq təbii ki, hər kəsə ayrı göz rəngi yaraşar. Bəzilərinə qəhvərəngi bəzilərinə qara göz rəngi yaraşır. Ancaq linza taxılarkən bəzi detallara diqqət yetirmək  lazımdır.
 Linzaların istifadəsi müəyyən müddətdə dəyişər. Məsələn; 1 aylıq linzalar olduğu kimi 3 aylıq, 6 aylıq və 1 illik istifadəli linzalar da mövcuddur. Təbii ki, belə olduqda qiymət fərqi də dəyişər.
Təbii ki, gözlərəmiz bizim ən gözəl, ən baxımlı olması lazım olan ünsürlərimizdəndir. Eləki bunlara eyni dəyəri göstərəyimiz lazımdır. Linza alarkən və istifadə edərkən linzanın keyfiyyətli olmasına diqqət edin. Ucuz alım deyərkən gözlərinizdən olmayın..
Linza istifadə edərkən, linzanın yanında sağlam və təmiz olması üçün linza suyu verilər. Linzalarımızı çıxardıqdan sonra, linza  sununa qoymalıyıq. Çünki çöldə buraxsaq linzaları mikrob düşər və bir daha gözümüzə taxdığımızda mikrob gözlərimizə düşər.
 Linzalar insanların gözlərinin rəngini dəyişdirdiyi kimi, eyni zamanda formasını da dəyişdirər. Yəni gözün böyük görünməsini də təmin edər.
Linzaların gözə taxılması
  
 Sağ gözünüzün linzasını taxmaqla başlayın. Linzanı araşdırın və tərs olmadığından əmin olduqdan sonra linzanı işarə barmağınızın ucuna yerləşdirin.
Eyni əlinizin orta barmağı ilə alt göz qapağını aşağıya çəkin.
Digər əlinizin işarə və orta barmaqları ilə üst göz qapağını yuxarı qaldırın və linzanı gözünüzün üzərinə yerləşdirin.
Göz qapaqlarınızı yavaşca sərbəst buraxın və bir neçə dəfə qırpın.
Sol gözünüz içində bu addımları təkrarlayın.
Linza taxmaq üçün başqa üsullarda vardır. Əgər yuxarıdakı üsul sizin üçün çətin olsa göz həkiminiz sizə başqa bir alternativ yol təklif edə bilər.
Linzaların Mərkəzləşdiriləsi
Linzanı mərkəzləçdirmək üçün aşağıdakı üsullardan birini təqib edə bilərsiniz:
Göz qapaqlarınızı bağlanın və bu mövqedəykən yüngülcə masaj edərək linzanı yerinə oturdun.
Ya da gözünüz açıqkən üst və alt göz qapağının kənarına barmağınızla təzyiq tətbiq edərək mərkəzindən uzaqlaşmış linzanı yavaşca gözün ortasına doğru hərəkət etdirin.
QEYD: Əgər linzanı taxdıqdan sonra görmənin bulanıq olub olmamasına diqqət edin.
Tədbirlər:
Göz həkiminizin yanından ayrılmadan əvvəl, linzalarınızı özünüz çıxarda biləcəyinizdən əmin olun.
Əgər gözlərin qızarar və ya təhriş olsa dərhal linzaları çıxardın.
Hər hansı bir göz damlası istifadə etmədən əvvəl göz həkiminizə məsləhətləşin.
Üzmə və digər su idmanları əsnasında kontakt linza istifadəsi üçün həkiminilzə məsləhətləşin. Üzmə və.s. faliyyətlər əsnasındakı suyun, kontakt linzanızla təması mikroorqanizmlərin bulaşması səbəbiylə göz infeksiya riskini artıra bilər. 
Linzaları yatmadan əvvəl mütləq gözlərimizdən çıxarmalıyıq. Yatdığımızda  linzaları gözümüzdə unutsaq gözlərəmiz narahat olar və ciddi sağlamlıq problemləri yaşaya bilərik. Linzaları gözümüzə taxarkən əlinizin təmiz və gigiyenik olmasına diqqət  edin, əvvəlcə əlinizi təmizləyin daha sonra istifadə edin.
Əvvəlki məqaləHər baş ağrısında ağrı kəsiciyə əl atmayın
Növbəti məqalədəAlma qabığının görünməyən faydalı tərəfləri