Ailə qurulanda sevgi dəfn olunur?

sevgi

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu psixoloqlar əksər cütlüklərdə evlilikdən sonra sevginin ölməsi faktını araşdırarkən müəyyən edib. Onlar bu «sənət»in öhdəsindən nadir insanların gələ bildiyini deyir: «Ailə həyatında hər şeyin qaydasında getməsi ehtimalı yoxdur. Birgə həyatda ciddi münaqişələrə hazır olmaq, onu aradan qaldırmağı bacarmaq lazımdır. Bütün bu hallar müəyyən dövrdən sonra cütlüklər arasında sevginin arxa plana keçməsinə aparıb çıxarır».

 

Psixoloqlar ailə qurmuş cütlüklərin intim həyatının da sevgililərlə müqayisədə daha monoton, darıxdırıcı olduğunu bildirir. «Ailəli insanların 80%-i etiraf edir ki, onların intim həyatı toyadək olduğu kimi maraqlı və zövqverici deyil. Bu isə onların münasibətlərinə mənfi təsir göstərir, qarşılıqlı şəkildə bir-birlərindən qıcıqlanmasına, sonda münasibətlərin soyumasına aparıb çıxarır», – deyə tədqiqat müəllifləri bildirir.
 
Əvvəlki məqaləKörpəmin cinsiyyətini nə vaxt öyrənə bilərəm?
Növbəti məqalədəTəmizlik -artıq bir əyləncə qədər maraqlıdır