Abort etdirən qadın hər şeyi ciddi götür-qoy etməlidir. Hər şeydən əvvəl onlar öz həkimləri ilə geniş söhbət etməli, məsləhət almalıdır. Mümkün qədər arzuolunmaz abortlardan uzaq durmaq lazımdır.

Ginekoloqun sözlərinə görə, hər bir ginekoloji xəstəliyin başlanğıcı abortdan qaynaqlanır:

“Abort gənc xanımlarda gələcəkdə doğuş problemlərinə, çoxsaylı ziyan etmələrə səbəb olur.

Əgər ana abort etməyə qərar veribsə, ilk növbədə infeksiyalara qarşı diqqətli olmalıdır. Əgər qadında iltihablaşma, infeksiya varsa, bu fəsadlara, hətta uşaqlığın çıxarılmasına belə səbəb ola bilər. 

Ev şəraitində edilən abortlar…

Xanımlar hamilə olduğunu bildikdə apteklərdən əldə etdikləri xüsusi dərman preparatlarından istifadə edərək özbaşına uşaq düşürürlər. Bu, çox böyük risk deməkdir. Çünki bu, ciddi qanaxmalara, hətta ölümə səbəb ola bilər.

Adətən dərman preparatlarından istifadə etdikdə, həkimdən asılı olmayan səbəblərlə içəridə qalıqlar qalır ki, bu da ana üçün təhlükədir. Belə vəziyyətdə yaranan qanaxmaların qarşısını almaq çox çətin, əksər hallarda isə mümkün olmur.

Ona görə də, dərman preparatlarının alışında, özbaşına istifadəsində diqqətli olmalıdırlar.

Abortdan sonra…

Əgər diqqət olmasa, kor-koranə şəkildə abortlar edilərsə, yenidən hamilə qalmaq ehtimalı azalır. Xüsusən də ilk dəfə hamilə qalan xanımların aborta üz tutması onların bir də ana ola bilmək ehtimalını sıfıra endirir.

İlk hamilə qalan qadınlara aborta üz tutmamağı məsləhət görürük.

 Abortda yaş fərqi…

Hər bir yaşda edilən abort təhlükəli hesab edilir. Bəzən yaşın çox olmasına görə qorxulu heç nə olmayacağını düşünürlər. Bu isə yanlışdır. İstər kiçik, istərsə də böyük yaş qrupları üçün bütün təhlükələr eynidir.

Ən təhlükəli abortlar sırasına isə 5-ci, 6-cı dəfə edilənlər daxildir. Bunu edən qadınlar ciddi düşünməlidirlər”.

Xatırladaq ki, Azərbaycanda ən çox abort etdirmə halı 2012-ci ildə qeydə alınıb. Həmin il 31038 nəfər süni şəkildə hamiləliyi yarımçıq dayandırıb. Statistikaya görə, ölkədə abort etdirənlərin böyük əksəriyyəri 25-29 yaş arası xanımlardır.

Əvvəlki məqaləVaginal qaşıntının səbəbləri
Növbəti məqalədəKahının inanılmaz faydaları