təmizlik

Qış aylarını geridə buraxırıq. Qızdırıcılar, sobalar yandı. Bütün qış,
evlərimiz his və hava çirkliliyi səbəbiylə çirkləndirilib. Xüsusilə də
ən çox çirklənən yerlər divarlar oldu. Sizə divarlarınızı praktik olaraq
necə təmizləyə biləcəyinizi izah edəcəyik.

Otaq divarlarını təmizləmək daim can sıxıcı işlər arasında yer alır.
Qadınlar günlərlə evlərinin divarlarını təmizləmək üçün əziyyət
cəkirlər.

Otaq divarları


Divarlarını təmizləyəcəyiniz otağın ortasına qaynar su dolu bir qab
qoyun. Qapı və pəncərələri yaxşıca bağlayın. Bu əməliyyatı təmizləməyə
başlamazdan öncə bir neçə dəfə edin. Meydana gələcək buxar divarları
nəmləndirəcək və təmizlik işiniz olduqca asanlaşacaq. Nəmlə qabaran
çirklər divarın silinməsi ilə daha asan çıxacaq.

Otaq divarları üçün bir başqa təklifimiz daha olacaq. Bir vedrə suyun
içinə bir miqdar yuyucu toz qoyun. Bu əməliyyat üçün plastik bir fırçaya
ehtiyacınız olacaq. Fırçanızı vedrənin içinə soxub çıxarın. Fırçanı
yelləyərək artıq suyu atın. Fırçanızı divara sürərək, divarlarınızı
təmizləyin. Qurumağa belə gərək qalmadan divarlarınızın tərtəmiz
olduğunu görəcəksiniz.

Mətbəx divarları


Mətbəx divarlarında, yemək bişirilməsi səbəbiylə yağ və buxar ilə daha
çətin təmizlənən çirklər meydana gəlir. Yağlı çirkləri asan təmizləyə
bilmək üçün sabunlu suya bolca duz əlavə edin. Beləcə divarlardakı yağ
və his ləkələrini asanlıqla çıxarda bilərsiniz.

Divarlardakı barmaq izləri


Barmaq izləri, xüsusilə uşaqlı evlərin ən böyük problemlərindən biridir.
Divarın boyasına zərər vermədən barmaq izlərini çıxarmaq üçün tətbiq
edilən ən asan yol budur. Bu izləri kəsilmiş kartof ilə ovun. Ardından
parafinə buladığınız bir bezlə silin. Barmaq izlərinin çıxdıqlarını
görəcəksiniz.
Əvvəlki məqaləAilə qurulanda sevgi dəfn olunur?
Növbəti məqalədəÖzünə güvən hissini necə artırmaq olar?