Ət xal genetik olaraq bütün insanlarda meydana gələr. Ət xallar ümumiyyətlə 30 yaşlarından sonra qadın,kişi hər kəsdə görülər. Zaman keçdikcə sayları artar. Əksəriyyətlə  qəhvə,orta boz ya da dəri rəngindədir. Kiçik bir sapla dəriyə bağlıdır. Bəzən ləbləbi bəzən də bir qoz qədər böyük ola bilər. Ən sıx qoltuqaltı,gözqapağı,qasıq kimi sürtünən yerlərdə olarlar. Kürəkdə və ya sinədə də ola bilərlər.

 

 

Toxununca yumşaq olan xallar infeksiya tüşsə ya da yara olsa ağrı və yanma verər. Boyunbağı və ya paltara ilişsə, qaşınsa yanma və həssaslıq baş verər. Belə vəziyyətlərdə ağrı və qızarıqlıq inkişaf edər. İllər keçdikcə artar və çəkiniz artdıqca da saylari çoxalar. Ət xalları zərərsizdir. Bu xalların xərçəngə dönmə ehtimalı yoxdur. Təhlükə meydana gətirməməkdədir. Günəş işığı, tərləmə, sürtünmə kimi faktorlar meydana gəlməsini sürətləndirər. Hamiləlikdəki hormon təsirləri, hamiləliyin qarşısını alan həblər hormon saylarının çoxalmasında təsirlidir. Ət xallar ümumiyyətlə birdən çox olur. Bəzi insanlarda 20-30 ədəd belə ola bilər. Qaşıntı bəzi insanları narahat edə bilər. Çirk və ya ləkə kimi ət xalı göründüyündə estetik olaraq problem yarada bilər. Ət xallarını yox etmək çox asan və qısa bir əməliyyatdır. Yandırılma əməliyyatıyla yox edilər. Müvəffəqiyyətli və təsirli bir metoddur. Ağrı hiss edilməməsi üçün iynəli anestezi tətbiq olunar. Əməliyyat sonrası ağrı hiss edilməz. Bir neçə gündə qabıq olar 3-5 gündə keçər və iz buraxmaz.

 

Şəxs öz başına qoparmağa ya da kəsməyə qalxsa qopan yerdə yara meydana gələr,qaşınma verər. Qaşındıqca yara böyüyər və oradakı hüceyrələr pis yaraya çevrilər. Yara olan yerdə hüceyrələr artar bu hüceyrələrin artmasıyla yara xərçəngə çevrilər. Xallar doğuşdan ola bilər və sonradan da meydana gələ bilər. Doğuşdan olan xallara əl vurmadıqca heç bir zərəri yoxdur. 15 yaşından sonra olan xallar fərqlidir. Xərçəngə çevrilmə ehtimalı vardır. Yaş irəlilədikcə rəngi tündləşər böyüklüyü artar.
Ət xalları ümumiyyətlə dəridə melanosit deyilən zərərsiz hüceyrələr halında çıxar. Bəzən baş dərisi,dırnaq altı kimi görülməsi çətin yerdə də ola bilər. İnsanların çoxu 10 ilə 40 arası ət xalına malikdir. Ət xalları ortalama 50 il davam edər. Buna görə yaşlanınca itər. Xalın səthi qırışıq və ya hamar ola bilər.
Xallarda riskli olan faktorlar vardır. Doğumda olan xallar böyük olub dəri xərçənginin ölümcül olma riskini artırar. Ovuc içi qədər olan xalları həkimə göstərmək faydalıdır. Böyük və şəkilsiz xallarada nəzarət edilməlidir.

Yetkinlikdə dövründə belə xal meydana gəlsə və aşağıdakı problemlər varsa, mütləq həkimə müraciət etmək lazımdır.

 

-Ağrı
-Yanma və qaşıntı
-Qanama və axıntı
-İltihablı
-Qabıqlı və ya pulcuq formasındadırsa,
-Forma və ya rəng dəyişdirirsə,
– Narahat edici bir vəziyyət varsa.

Mütləq dəri həkiminə getməkdə fayda vardır.3 ildə bir ümumi sağlamlıq müayinələrindən keçmək də tədbir baxımından lazımlıdır.

Eyni zamanda insanların öz-özlərinə də tədbir alması lazımdır. Ən əhəmiyyətli qorunma isə günəş işıqlarıdır. Səhər 10 ilə günorta 2 arasında günəşin zərərli ultra bənövşəyi şüalarına məruz qalmamalıdır. Günəşə çıxmazdan ən az yarım saat əvvəl, qoruma faktorlu bir krem sürtərək tədbir alınmalıdır.
Əvvəlki məqaləAnanas yeyərək arıqlayın
Növbəti məqalədəYaş saçların zərəri