Yaş saçların zərəri

Qışda saçları qurutmadan küçəyə çıxmaq və yaş saçlarla küləyə
məruz qalmaq  migren, soyuqdəymə və üz
iflici kimi ciddi problemləri özü ilə gətirdiyi ifadə edildi.
Gecə duşdan sonra saçları qurutmadan yatmaq da ən az yaş
saçla küçəyə çıxmaq qədər təhlükəli olduğuna diqqət çəkən mütəxəssislər ,” Yaş saç migren əmələ gətirə bilər.” Migren ağrıları, demək olar ki, 4
qadından birində görülən, hücumlar halında ortaya çıxan, başın bir hissəsini təsir
edən, döyünmə və bulanma edə bilən ağrılardır. Xəstələr hücumlar əsnasında
işıqdan , səs-küydən və qoxulardan narahatlıq duya bilərlər.

Yaş saçların zərəri

Hər migren tutmasının, xəstə fərqində olmasa da bir  başlama səbəbi vardır. Saçı qurulamamaq, yaş saçla gəzmək, nadir də olsa migren
ağrılarını başlada bilər. Belə bir vəziyyəti təsbit edən xəstələr, duşdan
sonra saçlarını yaxşıca qurutmalı, duş sonrası nəmli saçlarla gəzməməlidirlər. Ayrıca duş etməklə əlaqədar, digər bir ağrı növü də vardır ki, bunların bir
qisimi dərhal tibbi araşdırma və müalicə tələb edir.”

Yaş saçların zərəri

Yaş saçla çölə çıxmanın üz iflicinə yol aça biləcəyinə
diqqət çəkən mütəxəssislər, ” 
yaş saçlarla, soyuq və küləkli havalarda gəzmək, yuxuya getmək, kondisioner qarşısında olmaq və ya hava axınının olduğu yerlərdə oturmaq, üz iflici kimi ciddi sayıla biləcək bir vəziyyətlə  nəticələnə bilər.” Üz siniri, üzün iki tərəfində
də var və üzün mimiki  əzələlərinə əmr edir.
Yəni üz iflici olan bir xəstə, qaşını qaldıra bilməz, gözünü sıxa  və ağzını
büzə  bilməz. Bu vəziyyət ümumiyyətlə
yaxşılaşan bir müddət olsa da, dərman müalicəsi tələb edir və yaxşılaşma vaxt
tələb edir. Bu vəziyyət üzlə əlaqədar funksiyaların itkisindən əlavə  estetik bir pozulma da yaradar. Qorunmaq üçün, saçların mütləq yaxşı bir şəkildə qurudulması lazımdır.”

 

 Yaş saçların zərəri

Yaş saçın gətirəcəyi digər əhəmiyyətli bir sağlamlıq
probleminin grip infeksiyaları  və
sinüzit olduğuna işarə edən mütəxəssislərin, bu xəbərdarlıqlarda var: “Saçlarınızı qurutmağa diqqət  edin. Saçlarınızı
qurutmadan çölə çıxmayın. Duşdan sonra saçlarınızı fen ilə qurudun və
diblərinin nəmli qalmasının qarşısını alın. Saçlarınızı duşdan sonra evdə
olsanız belə mütləq qurulayın. Saçlarınız yaş olaraq təcili küçəyə çıxmanız
lazımdırsa baş, boyun və qulaqlarınızı mütləq bir  şal ilə bağlayın. Açıq sahələrdə və hava
axınının sıx olduğu yerlərdə olmaqdan qaçının.”

Redaktə etdi: Rüzgargülüm

 

Əvvəlki məqaləƏt xal nədir?
Növbəti məqalədəHamilə olmaq üçün ayda 6 “qızıl” gün var