Qoz 
 
Ən faydalı qidalar
 
Qoz zülalın ən yaxşı bitki mənbəyidir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə, qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.
 
 
 Kətan toxumu
 
 
Ən faydalı qidalar
 
Kətan toxumu bitki mənşəlidir, vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Tədqiqatlar kətan toxumlarında olan maddələrin xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib. Xüsusilə bu qida süd vəzisi xərçənginin profilaktikasında daha çox ümidvericidir.
 
 
Nar
 
Ən faydalı qidalar
 
Nar haqqında son iki ildə çox danışılır. Nar dənələri polifenol, tannin, və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər. Habelə, gündə bir stəkan olmaqla bir il ərzində nar şirəsi içmək qan təzyiqini aşağı salır. Ümumiyyətlə, nar şirəsi içmək zərərsizdir.
 
 
Qızıl balıq
 
Ən faydalı qidalar
 
Qızıl balıq əti əvəz etmək üçün çox gözəl məhsuldur. O zülal və omeqa 3 yağ turşularının yaxşı mənbəyidir. Təəccüblü deyil ki, əsaslı elmi dəlillərlə on ildən artıqdır ki, qızıl balıq beş ən üstün məhsullar siyahısında öndə durur! 2002-ci ildə Amerika Ürək həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyə etmişdir.
 
 

 Göyərti

Ən faydalı qidalar

 
 Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s kimi tünd yaşıl tərəvəzlər vitamin A və C, dəmir, kalsium və fitonurientlərlə zəngindirlər. Yaşıl tərəvəzlərin çox doyumlu, yüksək lifli və aşağı kalorili olmaları ürəyi sağlam və beli incə saxlamağa imkan verir ki, bu da onları ən üstün məhsullardan edir. Amerika Ürək Assosiasiyası gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyə edir.
Əvvəlki məqaləDöş sallanmasının səbəbləri
Növbəti məqalədəOrqanizmin təmizlənməsi üçün sağlamlıq cövhəri